Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi
Tarix: 28-11-2016 | Saat: 18:45
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi

Millət vəkili Qənirə Paşayeva alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan kubokunda iştirak edib. Kubok iştirakçıları və qalibləri ilə görüşüb, onlara mükafatlar təqdim edib və uğurlar diləyib.
Millət vəkilinin özü isə "Türk dünyasına xidmətlərinə görə" Alpaqut Federasiyasının fəxri üzvü elan olunub.

"Xəbəraz.az "xəbər verir ki, Federasiya prezidenti Aqil Acalov Q.Paşayevaya fəxri fərmanı təqdim edərək, türkçülük sahəsində göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib.
Azərbaycan Alqaput Federasiyasının fəxri üzvü seçilməsi münasibətilə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva isə çıxışında alpaqut idman növünün qısa zamanda Azərbaycanda və dünyada uğur qazanmasının fərəhləndiririci hal olduğunu deyib. Dədələrimizdən qalan alqaput Turan döyüş sənətinin bu gün də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva uşaqlarımızın təkcə fiziki cəhətdən sağlam deyil, həm də milli düşüncə baxımından sağlam olmalarını arzuladığını deyib, milli ruhda böyümələrinin vacibliyini qeyd edib. O, alqaput döyüş sənəti ilə məşğul olan gənclərin milli ruhda sağlam böyüyəcəklərinə inandığını söyləyib. Millət vəkili Q.Paşayeva Alqaput Turan döyüş sənətinin Türk dövlətləri arasında keçirlməsini və dünyamiqyaslı bir yarışmaya çevrilməsini arzuladığını da diqqətə çatdırıb.

Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi
Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi
Millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü seçildi


Xəbəri paylaş

1 4698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___