Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda “Oyunlar zolağı” yenə rənglənir (VİDEO)
Tarix: 02-06-2015 | Saat: 12:54
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Bakıda “Oyunlar zolağı” yenə rənglənir (VİDEO)

Körpü və tunellərdə rənglənmə aparılarkən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin ANS PRESS-ə verdiyi məlumata görə, bununla bağlı olaraq Ziya Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız “Böyükşor yol qovşağı”ndan “20 Yanvar” dairəsinə doğru istiqamətdə aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından rahat və maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.



Xəbəri paylaş

5988 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___