Astaralı gəncdən Fransada böyük uğur - Foto
Tarix: 27-11-2016 | Saat: 11:04
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər
Fransanın paytaxtı Parisdə “İngilis dilinin tədrisində yeni zirvələr fəth edək” mövzusunda keçirilən 35-ci TESOL konfransında astaralı gənc müəllim ölkəmizi uğurla təmsil edib.
AzərTac xəbər verir ki, 20-dən çox ölkənin iştirak etdiyi və altı gün davam edən beynəlxalq tədbirə Cənubi Qafqazdan yalnız Azərbaycan qatılıb.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ölkəmizi konfransda təmsil edən iki müəllimdən biri, Astara rayonunun Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova olub.
Beynəlxalq tədbirdə həmyerlimizin “Effektiv dinləmə və tənqidi təfəkkür” mövzusunda çıxışı razılıqla qarşılanıb.
K.Nəsirova diqqətə çatdırıb ki, konfransda həmkarı Ruhiyyə Mahmudova ilə birlikdə təhsil sahəsində əldə etdikləri təcrübəni tədbir iştirakçıları ilə paylaşıb.
Avropanın nüfuzlu ölkəsində keçirilən beynəlxalq tədbirdə Azərbaycanı təmsil etməkdən qürur hissi keçirdiyini vurğulayan K.Nəsirova konfransda təhsil sahəsində ölkəmizin adının dünyanın inkişaf etmiş dövlətləri sırasında çəkilməsini təhsilimizin uğuru kimi dəyərləndirib: “Altı gündə bizə ən çox xoş təəssürat bağışlayan anlar ünsiyyət qurduğumuz ölkələrin nümayəndələrinin respublikamız haqqında müsbət fikirləri və Azərbaycana marağın yüksək səviyyədə olması idi”, - deyə həmsöhbətim bildirib.
Xəbəri paylaş
7798 dəfə oxunub.
Digər xəbərlər

16-11-2021, 10:42
Koroğlu Metrosu yaxınlığında Asma Körpünün üstündə avtomobil nəqliyyat hadisəsi baş verib.
25-01-2022, 12:54
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib
16-11-2016, 20:01
Xaş sevənlər sarsılacaq: “Ürək, qan-damar xəstəliyi...”
11-11-2016, 18:37
Bir dollar 1,7 manata çatır - RƏSMİ MƏZƏNNƏ
24-03-2017, 14:15
Avropa 16 apreldən sonra sürprizlə qarşılaşacaq - Ərdoğan
24-11-2015, 00:31
Qubada qəribə oğurluq
11-02-2017, 19:17
Antidepressant təsiri yaradan 6 QİDA