Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Adam da Əzrayıla qədtəzə can verər?! – Vahid
Tarix: 27-11-2016 | Saat: 09:34
Bölmə:M, K, Təhsil, İbadət | çapa göndər

Adam da Əzrayıla qədtəzə can verər?! – Vahid
Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.

Axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin müxtəlif sənətkarlarla bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

Daha müşkül qalmır…

Mərhum Gülxar Həsənovanın 80 illiyi yaxınlaşırdı. Müğənninin doğulub boya-başa çatdığı bölgədən bir nəfər ona rayonlarında böyük tədbir təşkil ediləcəyini, özünün də təşkilatçı olduğunu bildirir. O, dövlətin bu işə ayırdığı vəsaitin yetərli olmadığını deyərək, müğənnini aldadır və onun böyük məbləğdə pulunu, sənədlərini, köhnə fotolarını alıb yoxa çıxır. Gülxar xanım prezident təqaüdündən yığıb topladığı pullardan çox, əldən verdiyi sənədlərinin, köhnə afişaların və fotolarının fikrini çəkir. Hüquq-mühafizə orqanlarının əməkdaşları ona kömək etməyə çalışsalar da, alınmır, çünki fırıldaqçının adı da, ünvanı da saxta idi. Müğənni xatırlayır ki, bu oğru onunla Leyla Bədirbəylinin 40 mərasimində iştirak edib və mərasim kamera ilə çəkilib. Daha müşkül qalmır...

O evdə indi Məmməd Rahim yaşayır

Xalq şairi Məmməd Rahim (1907-1977) Bakının mərkəzində - Axundov bağından yuxarıda, məşhur doktor Əbdülxaliq Axundovun keçmiş evində yaşayırdı. O vaxt “zəhmətkeşlərə” ev paylananda şairə mülkün böyük zalı düşür. Odur ki, Məmməd Rahim ömrünü hər kəsdə qibtə oyadacaq bir şahanə mənzildə keçirir.

AYB-nin ovaxtkı sədri, yazıçı Mehdi Hüseyn Türkiyədə olarkən (1960) orta yaşlı bir fotoqraf ona yaxınlaşır və doktor Əbdülxaliq Axundovun oğlu olduğunu, Bakıda şahanə malikanələri olduğunu söyləyir. Mehdi Hüseyn də mənalı-mənalı “bilirəm... bilirəm... o evdə indi Məmməd Rahim yaşayır”, - deyir.

O, İsmayıl Şıxlıya “paşam” deyirdi

İsmayıl Şıxlının oğlu Elçin bəy deyir ki, Mehdi Hüseyn çox sevdiyim yazıçı idi, onun qədər qüdrətli qələmi, dili olan yazıçımız azdır. Əsərlərinin əksəriyyəti mövzu etibarilə sovet dövrü və o həyatdan gələn hadisələrə həsr olunub. Atam İsmayıl Şıxlı danışırdı ki, 1960-cı illərin əvvəllərində Mehdi Hüseyn Türkiyədə səfərdə olur və həmin səfərdən qayıdandan sonra belə bir əsər yazır – “Bir ay və bir gün”. O, atama Əliağa Şıxlinskiyə görə “paşam” deyirdi. Mehdi əmi siqareti müştüklə çəkərdi. Səfərdən sonra görüşəndə atam onun yaman dalğın və həyəcanlı olduğunu görüb soruşur ki, Mehdi müəllim, nə olub? O da cavabında papirosunu tüstülədib “paşam, mən həyatımı, deyəsən, səhv yaşamışam” - deyir.

Arşın mal alanın tarixçəsi

Deyilənə görə, əfsanəvi müğənni Rəşid Behbudovun atası Məcid Behbudov (1873-1945) Şuşanın varlı tacirlərindən birinin oğlu idi. O, zamanı yetişəndə görmədən, tanımadan evlənmək istəmədiyindən maraqlı bir yola əl atır: arşınmalçı paltarı geyinib ev-ev gəzir. Həyətlərin birində çar ordusunun polkovniki Abbasqulu bəy Vəkilovun qızı Firuzə ilə rastlaşır və ona bənd olur. Qız da arşınmalçını sevir. Abbasqulu bəy öz təhsilli qızını (Firuzə xanım Tiflisdəki Müqəddəs Nina Gimnaziyasını bitirmişdi) sadə arşınmalçıya ərə verərdimi? Buna görə də gənclər qoşulub qaçmalı olur. Bu nikahdan Azərbaycanın məşhur övladları - Ənvər Behbudov, Nəcibə Behbudova və Rəşid Behbudov dünyaya gəlir. O dövrdə Şuşada çox yayılmış bu əhvalatı Üzeyir bəy 1913-cü ildə Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almağa başlayır. 1945-ci ildə isə eyniadlı operetta əsasında Rza Təhmasib “Arşın mal alan” filminin çəkilişlərinə başlayır və bu filmdə nə qədər qəribə də olsa, Əsgər rolunu Məcid bəyin oğlu Rəşid Behbudov canlandırır.

Onu qədtəzə, görkəmli verməyin nə fərqi?!

Həmişəki kimi, dostları Əliağa Vahidi (1895-1965) danlayıb aludə olduğu içkinin gətirdiyi bəlalardan danışırdı. Bu dəfə məşhur bir həkim onu məzəmmət edir, içkinin bəd nəticələrindən, sağlamlığa vurduğu ziyandan bəhs edərək, onu qorxudur. İçkisiz bir günü də olmayan şair bezərək “eh, dostum, hamımız bir cana borcluyuq. Amma niyə axı bu canı Əzrailə qəşəng, gözəl şəkildə verməliyik?! Mən onu pis hala salıb verəcəyəm, onsuz da verirəm, hər şey də bitib gedir, onu qədtəzə, şux görkəmli verməyin nə fərqi var?!” - deyir.



2308 dəfə oxunub.

Digər xəbərlər
30-06-2015, 12:33 İşsizlərə xoş xəbər

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
26-03-2017
bütün xəbərlər
«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
____ Instagram ___