Rusdilli məktəblər bağlansınmı? - FİKİRLƏR TOQQUŞUR
Tarix: 26-11-2016 | Saat: 01:22
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Rus dilinə status tələb etmək imperiya iddialarından qaynaqlanır.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə sherg.az-a Rusiya XİN rəsmisi Elyenora Mütrofanovanın "qonşu ölkələrdə rus dilinə status verməlidir" iddiasına münasibət bildirərkən tanınmış jurnalist, professor Qulu Məhərrəmli bildirib. Onun sözlərinə görə, Sovet dövründən qalan ənənə olaraq, Azərbaycanda rus dili yüksək nüfuza malikdir:
"Hazırda Azərbaycanda rus məktəbləri, rus dilində qəzetlər, saytlar, informasiya mənbələri kifayət qədər çoxdur. Rusiya ilə eyni mədəni mühitdəyik. Düşünürəm ki, uzun müddət də belə davam edəcək. Lakin bundan istifadə edib, MDB ölkələrində xüsusi status tələb etmək, bunu hüquqi cəhətdən əsaslandırmağa çalışmaq, birmənalı şəkildə imperiya iddialarından qaynaqlanır. Rusiyanın bu cəhdinin reallaşmasına yol vermək olmaz. Azərbaycan müstəqil respublikadır, rəsmi dövlət dili isə Azərbaycan dilidir. Aydındır ki, kimsə övladının rusca təhsil almasını, qonşu ölkədə Azərbaycanı təbliğ etməsini istəyirsə, buna geniş şərait yaradılır. Mədəniyyət dili kimi rus dilinə yüksək hörmət edilir, sərbəstliyi üçün optimal üstünlük verilir. Əlavə tədbirlər görməyə ehtiyac yoxdur”.
Millət vəkili Araz Əlizadə isə Q. Məhərrəmlinin əksinə olaraq qeyd edib ki, Azərbaycanda rus dilinin statusu var:
"Bunu bilməyənlər Azərbaycan Respublikasının Konstitusiyasına baxa bilər. Ölkəmizdə rus, yəhudi və başqa xalqların nümayəndələri var. Rus dili onlar üçün müəyyən təmas dilidir. İnsanlara bu sahədə geniş sərbəstlik verilir. Bu səbəbdən Rusiya rəsmisinin dediyi fikir hazırda Azərbaycan üçün keçərli deyil. Müşahidələrimdən onu deyə bilərəm ki, rusdilli insanlar Azərbaycanı daha çox sevir və layiqli təbliğ edir. Müxalif insanlar var ki, özlərini millətçi müxalifət hesab edirlər, buna təzad olaraq isə rus dilində təhsil alıblar, həmin dildə də danışırlar. Bu siyahıda ən bariz nümunə isə Hikmət Hacızadəni göstərmək olar. Onunla bərabər Asim Mollazadə, Sabir Hacıyev, Rasim Musabəyov kimi ziyalılar da rusdillidirlər".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri Elyenora Mütrofanova qonşu ölkələrdə rus dilinə status verilməsi barədə çıxış edib.
Xəbəri paylaş
6488 dəfə oxunub.
Digər xəbərlər

2-06-2016, 15:10
Qorbaçov: “Məni xarici agent elan edəcəklər”
31-05-2021, 21:46
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
11-09-2017, 10:47
Azərbaycanda toya hazırlaşan ailədə FACİƏ - NİŞANLI QIZ ÖLDÜ
11-06-2019, 14:46
Bakıda yanğın: bir yaşlı körpə öldü
19-10-2015, 19:45
Deputatlığa namizədi ağlamaq tutdu - Video
25-05-2022, 12:33
Evinin həyətini narkotik plantasiyasına çevirən qadın saxlanıldı - FOTO
17-09-2018, 13:22
"Arxada qoyduğun çətinliklər səni öldürə bilməyibsə..." - Xərçənglə mübarizə aparan Zülfiyyə
27-05-2016, 02:09
Zaqatalada ağır qəza: Ölən və yaralanan var
1-05-2020, 22:39
Tramp bu xəbər agentliklərini "yalançı" adlandırdı
13-07-2017, 12:11
Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"