Zakir Həsənov həkimlərlə görüşdü - FOTO
Tarix: 24-11-2016 | Saat: 20:16
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov noyabrın 24-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında hərbi tibb xidmətinin ilin yekunlarına həsr olunmuş toplantısında iştirak edib.
"Xəbəraz.az " nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, toplantıda çıxış edən Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev son bir il ərzində qoşunlarda şəxsi heyətin döyüş hazırlığı, sosial-məişət şəraitinin səviyyəsinin yaxşılaşdırılması, eləcə də hərbi tibb müəssisələrinin müasir avadanlıqla təchiz edilməsi barədə məlumat verib.
Z. Həsənov toplantıda çıxış edərək 2017-ci tədris ili üçün qarşıda duran vəzifələrdən danışıb, bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.
Bu sahədə tibb xidməti zabitlərinin də üzərinə düşən məsuliyyətin artırılmasını, hər bir hərbi tibb müəssisəsi rəhbərliyinin xidmət etdiyi hərbi bölmənin döyüş qabiliyyətinin möhkəmləndirilməsinə töhfə verməsini diqqətə çatdırıb.
Hərbi xidmətdə fərqlənən bir qrup zabitə medallar təqdim olunduqdan sonra müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalı ərazisində Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin yeni inşa edilən binasında görülən işlərlə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
Xəbəri paylaş
6668 dəfə oxunub.
Digər xəbərlər

14-12-2020, 11:28
Rus sülhməramlıları həddi aşdı: Yeni “xəritə” nədir?
27-11-2016, 09:50
Ermənistanın pilotsuz uçuş aparatı məhv edildi - Foto
21-05-2015, 18:24
İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi - Yenilənib
27-02-2017, 17:06
"Oskar"da "Quran" ayəsi oxundu - Video
12-07-2022, 12:05
Bakıda əks yola çıxan lüks avtomobil qəzaya səbəb oldu - VİDEO
29-04-2016, 01:07
BMT TŞ-nin iclası başladı
22-01-2020, 20:41
Prokurorluq orqanlarının 8 əməkdaşı məsuliyyətə cəlb edildi