Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan musiqisinin canlı əfsanəsi bu gün 86 yaşını qeyd edir.(FOTO)
Tarix: 31-05-2015 | Saat: 12:11
Bölmə:M / Karusel / Təhsil / M2 / Fotogalereya | çapa göndər

Azərbaycan musiqisinin canlı əfsanəsi bu gün 86 yaşını qeyd edir.(FOTO)

Xeberaz.az xəbər verir ki. Bu gün Azərbaycanın görkəmli bəstəkarı, şair, rəssam, "Tumurcuq", "Aysel" uşaq mahnı teatrları və Uşaq Filarmoniyasının yaradıcısı, Əlahəzrət Oqtay Zülfüqarovun ad günüdür. Bu gün Maestro Zülfüqarov, dünyanın diri əfsanəsi, Azərbaycan Musiqisinin son Korifeyi, yeganə uşaq bəstəkarı doğma Vətəninə 86-cı baharını hədiyyə edir!

Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlmişdir. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirmişdir. Evdə pianosu olmadığından, o, gecələr sinifdə yaradıcılıqla məşğul olub respublikada keçirilən mahnı müsabiqələrində mükafatlar almışdır. Bir müddət Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olunub.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb. Eyni zamanda o, ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və ‘‘Meşə nağılı‘‘ operalarını da yazıb. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülmüşdür.

2010-2012 illərdə O.Zülfüqarov ‘‘Məlik Məmməd‘‘ nağılı əsasında uşaqlar üçün ‘‘Sehrli alma‘‘ iki hissəli balet, ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Mahnı Uşaq Teatrının bədii
rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazmışdır.

Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar ‘‘Oxuyur Aysel‘‘ adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilmişdir. Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov hazırda Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.

Bu gün də – mayın 31-i iş başında olan Maestro Zulfuqarov, Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün yazdığı «Sehrli alma» baletinin premyerası keçirir.
Balet Azərbaycan xalq nağılı «Məlikməmməd»in motivləri əsasında tamaşaya qoyulub.
Bu tamaşanı Maestro Zülfuqarov 1 iyun -Uşaqların Beynəlxalq Müdafiə gününə həsr olunacaq.
Yeni tamaşanın dirijoru Əyyub Quliyev, quruluşçu baletmeysteri Pellumb Aqalliyay, quruluşçu rəssamı Yusif Babayevdir.

Ömrünün hər bir anı millət üçün örnək olan Oqtay müəllimi bütün ANS kollektivi ürəkdən təbrik edir və ona bizi Vətənpərvər tərbiyə etdiyinə görə dərin təşəkkürünü bildirir. Allah Sizi Azərbaycan xalqına çox görməsin!







Xəbəri paylaş

8188 dəfə oxunub.

Digər xəbərlər
14-03-2018, 13:16 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___