Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Trampa vaxt verin"
Tarix: 20-11-2016 | Saat: 13:40
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Trampa vaxt verin"
ABŞ prezidenti Barak Obama Latın Amerikasına və bütün dünyaya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa vaxt verməyə çağırıb.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Peruda keçirilən Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Sammitində çıxış edən B. Obama deyib ki, D. Trampa bütün məsələləri öyrənmək və onun administrasiyasının hansı strategiyanı həyata keçirəcəyini müəyyən etmək üçün gözləmək lazımdır.

B. Obama siyasətçilərin seçkiqabağı kampaniyada bəyan etdiklərinin çoxunun heç də həmişə onların ölkəni idarə etmək metodları ilə üst-üstə düşmədiyini vurğulayıb: "ABŞ-da yeni administrasiyanın səlahiyyətlərinin icrasına başlamasını gözləyin. Bundan sonra yeni administrasiya ilə beynəlxalq ictimaiyyətin dünyanın rifah içərisində yaşaması ilə bağlı maraqlarının üst-üstə düşüb-düşmədiyi barədə nəticə çıxara bilərsiniz".

Qeyd edək ki, ABŞ-da noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələn D. Tramp və administrasiyası səlahiyyətlərinin icrasına 2017-ci il yanvarın 20-də başlayacaq.


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___