Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Biz dost olaraq qalırıq" (FOTO)
Tarix: 31-05-2015 | Saat: 11:59
Bölmə:M / Karusel / Gündəm / M2 / Foto-fakt / Məşhurların Taleyi | çapa göndər

"Biz dost olaraq qalırıq" (FOTO)
Prezidentin böyük qızı Leyla Əliyeva həyat yoldaşı Emin Ağalarovdan rəsmən boşanma qərarını verdi
Prezident İlham Əliyevin böyük qızı, siyasi və ictimai xadim Leyla Əliyeva və həyat yoldaşı Emin Ağalarov birlikdə boşanma qərarını veriblər.

Xeberaz.az -in məlumatına görə, bu barədə ilk olaraq xanım Əliyeva sosial şəbəkədə bəyan edib.

Leyla Əliyeva Emin Ağalarovla nikahını pozmaq qərarına gəldiyini bildirib: “Azərbaycanda bir çoxları üçün sirr deyil ki, Eminlə nikahımız son illər formal xarakter daşıyır. Biz artıq çoxdan ayrı və müxtəlif şəhərlərdə yaşayırıq. Boşanmağımızı rəsmiləşdirməyin vaxtı çatıb və mən nikahımızı pozmaq qərarına gəldim. Biz dost olaraq qalırıq”.

Leyla xanımın açıqlamasından sonra Emin bəy də məsələyə aydınlıq gətirib. O da ayrı şəhərlərdə yaşadıqlarını əsas gətirərək boşanma qərarını birlikdə verdiklərini yazıb: "Mənim səyahətlərim çox olur, biz ayrı şəhərlərdə yaşayırıq, oğullarım Bakıda, anası ilə birlikdə yaşayır. Çoxları üçün sirr deyil ki, son illər bizim Leyla isə nikahımız formal xarakter daşıyırdı. Biz çoxdan müxtəlif şəhərlərdə, ayrı yaşayırdıq. Boşanmamızı rəsmiləşdirməyin vaxtı gəlib çatdı və biz bunu etdik. Biz dost olaraq qalırıq və uşaqlarımızı birlikdə tərbiyə etməkdə davam edəcəyik".



Leyla Əliyeva və Emin Ağalarov 2006-cı ildə ailə qurublar. 1 dekabr 2008-ci ildə cütlüyün Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Onların nikahı böyük sevgi və hörmət üzərində qurulmuşdu. Bunu dəfələrlə EMİN-in konsertlərində Leyla xanıma nümayiş etdirdiyini sevgisində və jestlərində görmək mümkün idi.

Leyla Əliyeva siyasi və ictimai xadimdir. O, Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı Fondun Rusiya filialının rəhbəridir. Eləcə də Moskvada rus dilində nəşr "Баку" jurnalının təsisçisi və baş redaktorudur.

Leyla xanım həmçinin Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin təsisçisi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvüdür.

Bütün bu vəzifələrlə yanaşı incə ruhlu Leyla xanım şeirləri ilə sevilir.

Moskvada yaşayan Emin Ağalarov atasının qurduğu "Crocus Group" şirkətinin vitse-prezidentidir. O, həmçinin bəstəkar-müğənnidir.



Xəbəri paylaş

9918 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___