Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Acalovlar: "Hər şey Vətən üçün!"
Tarix: 20-11-2016 | Saat: 12:33
Bölmə:M, K, Gündəm, Təhsil, Həftə-Reytinq | çapa göndər

Acalovlar: "Hər şey Vətən üçün!"

Bir nəsil, bir şəcərə var ki, Azərbaycana neçə-neçə qəhrəman oğul, dövlət xadimi, mədəniyyət işçisi, həkim, müəllim bəxş edib. Bu nəslin davamçıları, bu soyadı daşıyanlar həyatlarını Vətənə, millətə xidmətə həsr ediblər. Söhbət Borçalının həyatında, Azərbaycanın həyatında önəmli rolu olan Acalovlardan gedir. O Acalovlar ki, mənfur düşmənilərimiz erməniləri diz çökməyə vadar ediblər. O Acalovlar ki, Borçalını qanları bahasına qoruyublar, müstəqil Borçalı-Qarapapaq Türk Cümhuriyyəti belə yaradıblar.
Acalovlar nəslinin, soyunun 2 böyük tarixi şəxsiyyətini və onların davamçısı, müasirimiz, gənc vətənpərvər Aqil Acalovu yaxından tanıyaq.

Borçalı-Qarapapaq Türk Cümhuriyyətini yaradan Emin bəy Acalov
Acalovlar: "Hər şey Vətən üçün!"
Dövrünə görə yaxşı təhsil alan bir ziyalı, ərəb, rus dillərini mükəmməl bilən, dövlət yaradan, düşmənlərə qarşı el-obanı mərdliklə qoruyan bir şəxsiyyət idi Emin bəy Acalov. Mərd, namuslu, haqq-ədalət tərafdarı, qoxmaz bir vətən fədaisi idi. 1905-1907-ci illərin qarışıq hadisələri zamanı çox sayda ermənini məhv edərək, xalqının pənahına, dayağına çevrilir Emin bəy Acalov. Elə bir çətin dövrdə, şəraitdə Borçalı-Qarapapaq Türk Cümhuriyyətini yaradır. Daha sonra isə 1918-ci ilin 30 noyabrında Qars İslam Cümhuriyyətini yaradanlardan biri olur və dövlət başçısı seçilir.
Ermənilər Türkiyə və Azərbaycnla yanaşı, Borçalıda da soyqırımı törətmək istədikdə 50-dən çox yaşı olan Emin bəy yenə də onların mənfur niyyətlərini ürəklərində qoyur, xalqının müdafiəsinə qalxır. Həyatını Vətənin, xalqının azadlığına həsr edir.
Emin bəyin igidliyinin sorağını alan türk paşası Mehrəli paşa onu yanında xidmətə çağırsa da, Emin bəy Acalov yurdunu, insanlarını darda qoyub getmir, son nəfəsinə kimi doğma torpaqlarda el-obanın keşiyini çəkir. Nəslin digər tanınmış şəxsiyyəti İsrafil bəy Acalov kimi...
İsrafil bəy Acalov isə yaxın dostu Nuru paşanın təklifini rədd edərək onunla Türkiyəyə getməkdən və paşa titulu almaqdan imtina edir. Vətəndə qalmağa, Vətən üçün savaşmağa üstünlük verir...

Erməni başı kəsən İsrafil bəy Acalov
Acalovlar: "Hər şey Vətən üçün!"
İsrafil bəy Acalov ermənilərin qorxulu yuxusuna çevrilən bir qəhrəman idi. Hətta düşmənlər arasında "intiligent cəllad" kimi ün salmışdı. Doğma Kəpənəkçi kəndinin girişində düşmənləri pusquya salaraq 800-dən çox erməninin məhv edildiyi tarixi olaya məhz o rəhbərlik etmişdi. İsrafil bəy Acalov həmin tarixi döyüşdə erməni generalı Nazarbekyanın başını kəsir, Andronik isə 4-5 erməni ilə qaçıb canını güclə qurtarır.
Mərdliyi, uzaqgörənliyi el-obanın dilindən düşməyən İsrafil bəy Acalov da son nəfəsinə kimi xalqı, Vətəni üçün özünü sipər edir.
İsrafil bəy Acalov və Emin bəy Acalovun nəslinin də, yolunun da davamçısı olan Aqil Acalov isə müasirimizdir, gənc yaşına baxmayaraq, babaları kimi həyatını Vətəninə, millətinə həsr edib, gördüyü işlərlə xalqına, dövlətçiliyə xidmət edir.

İqtisadçı, idmançı, ictimai xadim və federasiya prezidenti Aqil Acalov
Acalovlar: "Hər şey Vətən üçün!"
3 saylı məktəbdən başlayıb İqtisad Universitetində davam edən təhsil həyatı, bir diplomla kifayətlənməyib ixtisasını artırmaq üçün gənc yaşda iqtisadiyyat üzrə fəlsəfə doktoru adı almağa qədər uzanan bir yol...
Yeniyetməliyini, gəncliyini ictimai işlərə, gənclərimizlə çiyin-çiyinə çalışmağa, gəncliyimiz üçün, bu Vətənin gələcəyi üçün çalışmağa həsr edib Aqil Acalov.
Xarici Ölkələrdə Yaşayan Azərbaycan Gəncləri üzrə Həmrəylik Asossiasiyasının Koordinasiya Şurasının sədri, Azərbaycan-Gürcüstan Gənclərinin Həmrəylik Asossiasiyasının sədri, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının sədr müavini, daha sonra sədri, İlhamla "Gələcəyə Baxış" İctimai Hərəkatının təsisçilərindən biri və həmsədri kimi vəzifələri üzərinə götürüb, gənc yaşlarında gecə-gündüz bilmədən ictimai işlərdə yorulmadan çalışıb, 13 illik ictimai fəaliyyətini arxada qoyub artıq...
Təshil, ictimai fəaliyyət - bunlarla da məhdudlaşdırmayıb yaşadığı ayları, illəri... İdman hər zaman həyatında böyük yer tutub, önəmli rol oynayıb. Hələ uşaq yaşlarından bir sıra idman növlərində özünü sınayıb, 3 san qara kəmər sahibi olub, bu gün isə bir idman növünü yarış meydançasında yox, bütün Azərbaycanda, bütün dünyada təmsil etməyə, tanıtmağa çalışır. Soy-kökümüzə, tariximizə bağlı olan, Türkün gücünə, qüdrətinə inanan biri olaraq alpaqut idman növünü inkişaf etdirmək üçün əlindən gələni edir. Alpaqut Federasiyasına ömrünün 5 ilini verib, 2011-ci ildən vitse-prezident kimi başladığı bu federasiyada bu gün prezident kimi idmançılarımızın hər daim yanlarında olmağa, dəstəkçiləri olmağa, Turan döyüş sənətini yaşatmağa çalışır...
Bunlarla da kifayətlənməyərək dövlət qulluqçusu olaraq, dövlətimiz naminə, dövlətçiliyimiz naminə məsuliyyətlə, ləyaqətlə Azərbaycana xidmət edir.
Köməyə, qayğıya ehtiyacı olanları da diqqətdən kənarda qoymur Aqil Acalov. Xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, valideyn himayəsindən məhrum uşaqlara, fiziki sağlamlıqlarını itirən əngəllilərə qayğı və sevgisini əsirgəmir.
Aqil Acalov həm də Azərbaycanda və xaricdə çap olunan bir sıra elmi məqalələrin müəllifi, ölkəmizdə və ölkə sərhədlərindən kənarda turan döyüş sənətinin təbliğatçısı, vətənpərvərlik mövzusuna həsr olunmuş yarışların təşkilatçısıdır.
Prezident Yanında Dövlət Qulluğu Məsələri üzrə Kommisiyada, daha sonra isə Maliyyə Nazirliyində baş məsləhətçi olaraq işləyərək çoxşaxəli fəaliyyətinin hər birinə eyni dərəcədə diqqət yetirir. Bütün bu işləri xalqına, Vətəninə layiqli ola bilmək adına edir. Faydalı vətəndaş ola bilmək adına ömrünü, aylarını, illərini yorulmadan-usanmadan Vətən naminə, dövlətçilik naminə xərcləyir, türkün qüdrətini, gücünü hər daim təbliğ edir, babalarından miras qalan soyadı şərəflə daşıyır. Azərbaycanın işıqlı, vətənpərvər gənci kimi tanınan Aqil Acalov babalarının başlatdığı "hər şey Vətən üçün" prinsipinə sadiq qalaraq bu ölkə üçün, bu xalq üçün əlindən gələni edərək, soyuna, kökünə, nəslinə layiqli bir oğul olduğunu sübut edib.



67968 dəfə oxunub.

Digər xəbərlər
19-03-2015, 17:07 Piyada qəzada öldü

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
20-01-2017
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___