Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Azərbaycan üçün 45 bank çoxdur"
Tarix: 31-05-2015 | Saat: 11:57
Bölmə:M / Karusel / İqtisadiyyat / M2 / Araşdırma | çapa göndər

"Azərbaycan üçün 45 bank çoxdur"
Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi direktoru Betti Uilkinson belə düşünür
Azərbaycanda bankların konsolidasiyası həyata keçirilməlidir.

Xeberaz.az -in Trend-ə istinadən verdiyi məlumata görə, bunu Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin dövlət idarəçiliyi, maliyyə və ticarət sektoru şöbəsinin direktoru Betti Uilkinson deyib.

Onun sözlərinə görə, Azərbaycan kimi ölkə üçün 45 bank çoxdur: “İlk növbədə, bank sahəsində idarəetmə sisteminin nə dərəcədə yaxşı təşkilinə və bankların hansı maliyyə mənbələrinin olduğuna baxmalıyıq. Onların müştəri bazasına və inkişaf strategiyasına baxmaq, sonra kiçik bankları daha böyük banklarla birləşdirmək lazımdır".

Xanım B.Uilkinson qeyd edib ki, konsolidasiya dünyanın bir çox ölkələrində həyata keçirilən normal prosesdir: "Hələlik Asiya İnkişaf Bankının Azərbaycan banklarından birində pay sahibi olmaq və mümkün birləşmədə iştirak etmək kimi planı yoxdur. Bizə belə bir sorğu daxil olsa, əlbəttə, onu nəzərdən keçirəcəyik. Lakin hələlik belə bir müraciət daxil olmayıb".


Xəbəri paylaş

5508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___