Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Muradyan: “ABŞ-ın tərəfdaşı Azərbaycan olacaq...”
Tarix: 16-11-2016 | Saat: 09:47
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Muradyan: “ABŞ-ın tərəfdaşı Azərbaycan olacaq...”
Ermənistan son illər Rusiyanın vassallığının çox şərtləri ilə razılaşıb.

"Xəbəraz.az " xəbər verir ki, bu sözlər erməni politoloq İqor Muradyanın “Lragir.am” saytında dərc olunan məqaləsində yer alıb. Onun sözlərinə görə, Ermənistan öz hərbi qüvvələrini Rusiyanın tərkibinə verməklə öz suverenliyinə tamamilə son qoyub:

“Obama hökumətini bu əsəbiləşdirsə də o, Ermənistan siyasətinin dəyişəcəyinə inanırdı. İrəvana müxtəlif yardımlar edilirdi. İndi, görünür, Ermənistan son qərarını verib. İrəvan təkcə NATO yox, həm də ABŞ-ın düşməninə çevrilir. Erməni hökuməti və hərbçiləri indiyə qədər NATO və ABŞ-ın düşməni statusu daşımağın nə demək olduğunu təsəvvür belə etmirlər. Bundan sonra İrəvan nə ABŞ, nə də ki NATO-dan hansısa maliyyə və ya hərbi texniki yardım istəyə biləcək. Artıq uzun zaman və böyük təəssüflə Ermənistana təqdim edilən bütün imkanları xatırlamalı olacağıq. Ermənistanın qarşısında kifayət qədər konkret sual qoyulacaq. Sual belə olacaq: ya Rusiyaya tabe olmağa davam edirsən, ya da ki avro-atlantik tərəfdaşlığı davam etdirirsən. Amerikalılar uzun zaman bunu müzakirə etməyəcəklər. İki-üç görüşdən sonra hər şey bitəcək. Ermənistanın ABŞ-ın iqtisadi yardımı nəinki məhdudlaşacaq, hətta tam dayanacaq. ABŞ-ın Cənubi Qafqaza münasibəti Türkiyə və İranla əlaqələrindən asılı olacaq. Hər iki ölkə ABŞ-la münasibətlərini Rusiyanın niyyətlərinə zidd şəkildə həyata keçirməyə çalışacaqlar. Belə şərait çərçivəsində ABŞ-ın tərəfdaşları Gürcüstan və Azərbaycan olacaq. Ermənistan bədbəxt rus koloniyası ilə kifayətlənməli olacaq və ən yaxşı halda onu dünya siyasətində unudacaqlar”.


Xəbəri paylaş

6998 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___