Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alpaqutlar və bocciaçılar arasında yoldaşlıq görüşü keçirilib
Tarix: 13-11-2016 | Saat: 12:30
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

Alpaqutlar və bocciaçılar arasında yoldaşlıq görüşü keçirilib
Azərbaycan Alpaqut Federasiyasının kollektivi Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər. Onlar burada boccia idman növü ilə məşğul olan əngəllilərin fəaliyyəti ilə tanış olublar.
"Xəbəraz.az " xəbər verir ki.Alpaqut Federasiyasının prezidenti Aqil Acalov Reablitasiya Mərkəzində yaradılan şəraitdən razılığını dilə gətirib: "Ağır əlilliyi olan bu insanların özlərini sübut edə biləcəkləri bir meydana ehtiyacları vardı. Bu baxımdan boccia idmanı ilə məşğul ola bilmələri üçün onlara yaradılan şərait çox önəmlidir. Hər zaman idmanın inkişafına qayğı göstərən cənab prezident İlham Əliyevə də fiziki məhdudiyyəti olan bu insanlar adından minnətdarlığımı bildirirəm ki, dövlətimiz əngəllilər üçün belə gözəl şərait yaradıb".
Federasiya prezidenti sağlamlıq imkanları məhdud olan insanların özlərinə inamlarının, əzmlərinin olmasından fərəhləndiyini də söyləyib: "Əlillik, fiziki imkanların məhdudluğu yaşamaqdan, uğur üçün mübarizə aparmaqdan əl çəkməyə səbəb olmalı deyil. Yetər ki istək olsun, yetər ki inam olsun. O zaman əngəllər də aradan qalxır, məqsədə gedən yol da asanlaşır. Boccia idman növü bütün ağır kateqoriyalı əlilliyi olan insanlar üçün bir fürsətdir ki, onlar özlərinə inamı bərpa etsinlər. Öz güclərinin fərqinə varsınlar. Bizim də üzərimizə böyük məsuliyyət düşür. Biz onlara bu cəmiyyətin bərabərhüquqlu üzvləri olduqlarını hiss etdirməliyik. Alpaqut Federasiyası olaraq biz də hər zaman bu insanların yanındayıq".
Daha sonra əlillərə alpaqut idman növü barədə məlumat verilib. Həmçinin Boccia idman növü üzrə məşqləri həyata keçirən, Paralimpiya Komitəsinin koordinatoru İlham Məhərrəmov boccia barədə Alpaqut Federasiyasının kollektivini məlumatlandırıb. Alpaqutlar və əngəllilər arasında boccia idman növü üzrə yoldaşlıq görüşü də keçirilib.
İlham Məhərrəmov boccia üzrə beynəlxalq yarışlarda da Azərbaycanı uğurla təmsil edəcəklərinə inandığını deyib.
Qeyd edək ki, Boccia idman növü 1978-ci ildə yaradılıb. Bu, idman növü kimi ilk dəfə 1984-cü ildə New-Yorkda keçirilən Paralimpiya oyunlarında yarışın proqramına daxil edilib. Həmin illər ərzində məşhurluq qazanan idman növü 50-dən artıq ölkədə tətbiq olunaraq sürətlə inkişaf edib. 2008-ci ildən etibarən isə Beynəlxalq Boccia İdman Federasiyası (BISF) yaradılıb.
Boccia idman növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral iflici, əələ distrofiyası, beyin travması, dayaq-hərəkət pozulması) əlillik dərəcəsi olan hər kəs məşğul ola bilər.
Ölkəmizdə də yeni yaradılmasına baxmayaraq, artıq bu idman növünə maraq günbəgün artmaqdadır. Azərbaycanda bu idman növünü daha da inkişaf etdirmək üçün Türkiyədən dəvət olunan Boccia üzrə mütəxəssis Nihat Yılmaz məşqlər keçərək, azərbaycanlı idmançıları yarışlara hazırlayır.
Onu da deyək ki, boccia üzrə respublika çempionatının hazırlıqları aparılır.

Xəbəri paylaş

1 2248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___