Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampın müşavirindən dollarla bağlı bəd xəbər
Tarix: 11-11-2016 | Saat: 10:43
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Trampın müşavirindən dollarla bağlı bəd xəbər
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FES) fəaliyyətini ciddi tənqid edib.

APA-nın xəbərinə görə, ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FES-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil. Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. "FES müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq", - deyə o izah edib.

O bildirib ki, FES dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: "FES dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var".

Müşavir qeyd edib ki, FES ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan biridir.

D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: "Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar".


Xəbəri paylaş

7988 dəfə oxunub.

Digər xəbərlər
8-12-2015, 21:20 Nardarana işıq verildi

bütün xəbərlər
____ Instagram ___