Kök şirəsi səkkiz ay ərzində qadını bağırsaq xərçəngindən sağaldıb.
Tarix: 28-05-2015 | Saat: 15:02
Bölmə:M / Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər
Xeberaz.az xəbər verir ki, Çoxsaylı uşaq kitablarının müəllifi Enn Kamerona yoğun bağırsağında xərçəngin olması diaqnozu qoyulan zaman o bərk sarsılmışdı. 2012-ci ilin iyun ayında onun xəstəliyi təhlükəli, yəni üçüncü mərhələyə çatmışdı. Bunları xatırlayan Enn Kameron yazır: “Məndə yoğun bağırsaqda xərçəngin üçüncü mərhələsi idi. Lakin mən kimyaterapiyadan imtina etdim. Çünki ərim ağciyər xərçəngindən 2005-ci ildə kimyaterapiya başlananda ölmüşdü. Digər tərəfdən isə mən xəstəxanada ölmək istəmirdim, üstəlik özümü yaxşı hiss edirdim. Lakin altı aydan sonra xərçəng ağciyərlərimə də yayıldı və onun dördüncü - ən yüksək mərhələdə olduğu təsdiq edildi. Məlumdur ki, kökün tərkibində xərçəng şişlərinin inkişafının qarşısını alan karotin maddəsi var. Həmin vaxt əlimə bir yazı keçdi. Orada dəri xərçəngi diaqnozu qoyulmuş bir kişinin gündə təxminən iki litr artıq kök şirəsi içməklə özünü müalicə etdiyi bildirilirdi. Qərara gəldim ki, bu, mənim şansımdır”.
E.Kemeron kök şirəsini içməyə başlayandan sonra səkkizinci həftədə onun orqanizmində şişin inkişafı dayanıb. Dörd aydan sonra şiş kiçilməyə başlayıb və onun ağciyərləri xərçəngdən təmizlənib. Səkkiz aydan sonra isə həkimlər xərçəngin tamamilə yoxa çıxdığını bildiriblər. Bunu bir neçə klinikanın müayinəsi təsdiqləyib.
E.Kemeron bu barədə yazdığı “Kökün köməyi ilə xərçəngin müalicəsi” adlı kitabı çox yaxşı satılır.
Kökün belə effektli olması tapmaca kimi qalır. Hələlik bir şey aydındır: xərçəng ölüm hökmü deyil, ənənəvi təbabətlə yanaşı, təbii dərmanlardan istifadə edilməsinə isə heç nə mane olmur. (Azərtac)
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

23-04-2022, 11:49
Azərbaycanda bu yerlərdə maska taxmaq tövsiyə edilir
11-05-2018, 12:33
“Necə olur ki, onlar deputatdan çox maaş alır?”
15-06-2017, 10:01
“İslam, salamat sür” - “Maşın”ın qalibi məlumdur
21-04-2018, 12:18
Azərbaycanın yeni baş naziri təyin olunub
6-01-2016, 10:08
Bu günə olan valyuta məzənnələri
27-03-2017, 14:41
Benzinin, boyanın iyindən xoşunuz gəlirsə... TƏHLÜKƏLİ SİMPTOM
29-04-2016, 21:48
Suriya yenə Türkiyəni vurdu
18-02-2016, 20:53
İlham Əliyev Gəncəyə 5 milyon manat ayırdı
30-04-2016, 14:32
Baqratyan: "Biz Türkiyə büdcəsindən dolanırıq"
22-05-2023, 13:00
Ölkədə qeyri-adi simptomları olan xəstəlik yayılıb? - Nazirlik açıqladı