Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nurkan və Lalə ölkədən gedir: "Verilişlərə çıxa bilmirik"
Tarix: 28-05-2015 | Saat: 14:51
Bölmə:M / Karusel / Şou-Biznes / M2 / Foto-fakt | çapa göndər

Nurkan və Lalə ölkədən gedir: "Verilişlərə çıxa bilmirik"

Şou-biznesin evli cütlüyü Nurkan və Lalə ölkədən gedir.

Xeberaz.az -ın məlumatına görə, müğənnilər bu haqda sosial şəbəkədə yazıb:

“Bir ildi susuruq, amma indi sizlərlə bunu paylaşmaq istədik. Biz – Nurkan və Lalə ölkədən çıxıb gedənlərin sırasına daxil olduq. Bu günə kimi Azərbaycan sənətinə bir xeyrimiz dəyməsi üçün əlimizdən gələni etdik. Sosial şəbəkələrdə yazılan mesajlar göstərir ki, bir az da olsa, sevgi qazandıq. Heç vaxt qalmaqalla gündəmə gəlmədik. Söz-söhbətdən uzaq durmağa çalışdıq. Telekanallarda verilişlərə çıxmaqda qarşımıza maneələr çıxır. Özüdə bunu dost bildiyimiz insanlar edir. Bizə qarşı ciddi sıxışdırma var. Bunu açıq yazıram. Belə hallar olduqdan sonra yeni mahnı oxumaq nəyə lazımdır? Sənət aləmində barmaqla sayılacaq qədər ifaçılar var. Onlar da küsüb, kənara çəkiliblər. Bir sənətçi ay ərzində neçə dəfə verilişə çıxır? Bəs verilişlərə qatılmaq istəyib, amma bunu edə bilməyən ifaçılar necə davransın? Eyni sənətçini ayda on dəfə efirdə görmək insanların ürəyini bulandırır. Bu ölkədə o müğənnilərdən başqası yoxdur? Oxumaq, gündəmə gəlmək arzusu ilə alışıb-yananlar var. Gördüyüm işə dəyər verilmirsə, bu ölkəni tərk edəcəm. Hər şey pul demək deyil. Sözüm telekanallaradır... Sənəti olan insanlar nə etsin? Biz ölkədən gedib, başqa yerlərdə sənət göstərəcəyik. Musiqi həyatdır, mübarizə deyil. Amma siz telekanallar bunu mübarizəyə çevirdiniz. Biz artıq bu mübarizədə yoxuq”.azsam.az


Xəbəri paylaş

1 2368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___