Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
Tarix: 08-11-2016 | Saat: 11:41
Bölmə:M / Karusel / Gündəm / İdman / Gənclərimiz | çapa göndər

BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.

07 noyabr 2016-cı il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə həmyerlimiz,kikboksinq üzrə 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.Tədbirə rayonun idman məşqçiləri,idmançılar və gənclər dəvət olunmuşdur.
Tədbirdən öncə iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Vidadi Süleymanov açaraq Kamil Şərifovu və qonaqları məktəbin kollektivi adından salamladı və görüşün təşkilinə görə Gənclər və İdman idarəsinə öz minnətdarlığını bildirdi.
"Xəbəraz.az "xəbər verir ki, Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək rayon gəncləri adından Kamil Şərifovu 5-ci dəfə Dünya çempionu adını qazanması münasibəti ilə təbrik etdi və ona yeni uğurlar arzuladı.Sonra o,son illər respublikamızda idmanın hərtərəfli inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğıdan,yeni tikilən idman obyektlərindən,Dünya və Avropa miqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməyimizdən,idmançılarımızın və eləcə də rayon idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərdən,çempionumuzun keçdiyi şərəfli idman yolundan danışdı.O,qeyd etdi ki, Kamil Şərifovun İtaliyanın Karara şəhərində keçirilən kikboksinq üzrə dünya çempionatında rəqibləri üzərində qələbə qazanaraq 5-ci dəfə çempion olması,üçrəngli bayrağımızı ən yüksəyə qaldırması “Dövlət bayrağı günü” nə etdiyi ən böyük töhvədir.
Kikboksinq üzrə 5 qat Dünya çempionu Kamil Şərifov çıxış edərək idmana gəlişindən,əldə etdiyi nailiyyətlərdən,qazandığı uğurlardan,İtaliyada keçirdiyi döyüşlərdən danışdı və qeyd etdi ki,qələbələr yalnız böyük zəhmət və ardıcıl gərgin məşqlər nəticəsində əldə olunur.
Kamil Şərifova Bərdə rayon Gənclər və İdman idarəsinin hazırladığı xatirə hədiyyəsi və gül dəstələri təqdim olundu.
Sonra Kamil Şərifov iştirakçıları maraqlandıran sualları cavablandırdı.
Ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şağirdləri hazırladıqları musiqi kompozisiyasını təqdim etdilər.
Tədbirin sonunda çempionla xatirə şəkilləri çəkildi.

BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.
BƏRDƏ - 5 qat Dünya çempionu,”Prins Baku” ləqəbli  Kamil Şərifovla şagirdlərin görüşü keçirilmişdir.


Xəbəri paylaş

1 7658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___