Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan vətəndaşı Moskvada meşədə polisi öldürdü
Tarix: 28-05-2015 | Saat: 13:47
Bölmə:M / Karusel / Hadisə / Dünya / M2 / Fotogalereya | çapa göndər

Azərbaycan vətəndaşı Moskvada meşədə polisi öldürdü
Serjant həmkarları ilə birlikdə şübhəli maşını görərək onu təqib etməyə başlayıb.

Mayın 27-də axşam Moskva Dairəvi Avtomobil Yolunun 25-ci kilometrliyində polis serjantını qətlə yetirən Azərbaycan vətəndaşı axtarışa verilib.

Xeberaz.az virtualaz.org-a istinadən xəbər verir ki, Moskva polisinin mühafizə idarəsinin əməkdaşı olan serjant Andrey Bannov dairəvi yolda hərəkət edən şübhəli avtomobili saxlamağa cəhd edərkən qətlə yetirilib.

Qatilin kimliyini onun avtomobildə atıb qaçdığı mobil telefonla müəyyən etmək mümkün olub.

Xəbərə görə, serjant həmkarları ilə birlikdə şübhəli maşını görərək onu təqib etməyə başlayıb. Sürücü dayanmaq tələbinə məhəl qoymayıb, patrul polisi maşını saxlamaq üçün yolu bağlayıb. Bu zaman maşında olan şəxslər düşərək yolun kənarındakı meşəyə qaçıblar.

Bannov onların dalınca qaçıb, bu zaman şübhəlilərlə polis arasında əlbəyaxa dava başlayıb. Onlardan biri bıçağı çıxararaq polis serjantını vurub. Serjant aldığı xəsarətlərdən yerində keçinib.

Hadisədən dərhal sonra Moskva polisinə həyəcan siqnalı verilib, cinayətkarın axtarışı başlayıb. Polis şübhəli “QAZel” avtomobilinin sahibinin kimliyini müəyyən edib və onun avtomobil bazasına baxış keçirib. Məlum olub ki, onun adına daha 5 avtomobil qeydiyyatdadır. Şübhəli “QAZel” isə mağazadan oğurluq zamanı videomüşahidə kameralarına düşüb.

Hazırda serjantı qətlə yetirən Azərbaycan vətəndaşının axtarışına Moskva polisinin əsas qüvvələri cəlb edilib.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___