Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdi
Tarix: 04-11-2016 | Saat: 22:13
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər

 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi

04 noyabr 2016-cı il tarixdə şəhid Alı adına şəhər 5 saylı tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə 9 şəhər və 3 kənd məktəblərindən 28 nəfər şagird iştirak etmişdir.
Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1.Avtab Cəbrayılova - Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi - sədr
2.Sevil Məmmədova - Təhsil şöbəsinin metodisti - üzv
3.Fəridə Muxtarova - Şəhər 8 saylı t/o məktəbin təsviri incəsənət müəllimi - üzv
Tədbirdən öncə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək müsabiqə iştirakçılarını təşkilatçılar adından qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi və onlara dərslərində uğurlar arzuladı. Sonra o,q eyd etdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək. 2010-cu ilin sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Bərdə rayon Təhsil şöbəsinin metodisti Sevil Məmmədova müsabiqənin əsasnaməsi ilə iştirakçıları tanış etdi.
Müsabiqə əsasnaməyə uyğun olaraq saat 10:00-da başlamış və 13:00-da qurtarmışdır.
Şagirdlər akvareldən ,rəngli flomaster və karandaşlardan istifadə etmişlər.
Müsabiqənin keçirilmə vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.
Qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli Diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.

 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi
 Bərdə - “9 noyabr Bayraq günü” münasibəti ilə “Bayraq mənliyimdir-qürur mənbəyimdir” mövzusunda  rəsm  müsabiqəsi keçirilmişdi


Xəbəri paylaş

3 4708 dəfə oxunub.

Digər xəbərlər
24-01-2020, 13:09 Sabah qar yağacaq

bütün xəbərlər
____ Instagram ___