Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
Tarix: 04-11-2016 | Saat: 10:16
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

03 noyabr 2016-cı il tarixdə Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dövlət və din” mövzusunda yuxarı sinif şagirdlərinin və gənc müəllimlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov, Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov və baş məsləhətçisi Aydın Qasımov,Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov, Dövlət Təhlükəsizlik Xidməti Bərdə rayon şöbəsinin əməkdaşı iştirak edirdi.
"Xəbəraz.az "verir ki, Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq qonaqları təqdim etdi . Sonra o, tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüz illərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mənəvi və dini münasibətlər sisteminin formalaşmasından, ölkəmizdə həmişə yüksək tolerantlıq mühitinin hökm sürməsindən, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma hallarının baş verməməsindən danışaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi bütün dünya ictimaiyyətinə Azərbaycanın tolerant bir ölkə olmasını bir daha sübut etdi.
Bərdə rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxış edərək qeyd etdi ki, müasir dünyada xüsusilə Yaxın Şərqdə dini zəmində münaqişələr, dini radikalizm və ekstremizmin artması, Avropada islamafobiya və antisemitizm meyillərinin güclənməsi multikulturalizm ideyalarının tənəzzülünün təzahürüdür. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə Azərbaycanda da zaman-zaman öz siyasi məqsədlərini həyata keçirməyə cəhd göstərsələr də, dövlətimiz tərəfindən dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm qanunvericilik, institusional və inzibati tədbirlər bu kimi meyillərin ölkəmizdə sosial dayaq tapmasına imkan verməmişdir. Bundan başqa, respublikamızın bütün bölgələrini əhatə edən dini maarifləndirmə işləri radikal və ekstremist dünya görüşünün Azərbaycan cəmiyyətinə sirayət etməsinin, xüsusilə də gənclərin milli-mənəvi dəyərlərimizə zidd ideologiyaların təsiri altına düşməsinin qarşısını alan mühüm faktorlardandır.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək qeyd etdi ki, Azərbaycan dünyəvi və sekulyar ölkədir. Bununla belə dövlət vətəndaşlarının din və etiqad azadlıqlarını, ibadət sərbəstliyini ( onu yaymamaq şərti ilə) təmin edir. Azərbaycan elə bir regionda yerləşir ki, orda dini maariflənmə, dövlətin dindarlar və dini icmalarla nəzarəti həddən artıq zəruridir. Çünki, Azərbaycan çoxsaylı etnik qrupa və həmçinin dini konfessiyalara malik bir ölkədir. Bu gün bütün dünyada dini radikalizm, dini fanatizm artmaqdadır. Bu həmçinin bizim ölkəmizdə də baş verməkdədir. Bunun əksini iddia etmək vəziyyəti dəyişmir. Dini radikallıq və dinin siyasiləşməsi bu gün Azərbaycan cəmiyyətinin ən ciddi problemlərindəndir və bunun qarşısı alınmalıdır. Belə bir problem yalnız dövlətin deyil, hər bir vətəndaşın problemidir və buna qarşı bütün cəmiyyətin imkan və resurslarını səfərbər etmək lazımdır. Hər bir şüurlu insan bu məsələdə dövlətlə eyni mövqedən çıxış etməlidir.
Dövlət Təhlükəsizlik Xidməti Bərdə rayon şöbəsinin əməkdaşı çıxış edərək radikalizmin yaranmasından, ona dəstək verən, respublikamızın inkişafına mane olmaq istəyən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmlə aparılan mübarizədən danışdı.
Rayon Təhsil şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov ölkəmizdə gənclərin hərtərəfli inkişafına, xüsusilə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, bu sahədə əldə olunan nailiyyətlərdən danışaraq gənclərlə maarifləndirici görüşlərin vacibliyini xüsusilə vurğuladı və qeyd etdi ki, müəllimlərin də gücündən tam istifadə etmək lazımdır.
Bərdə şəhər 8 saylı tam orta məktəbin direktoru, Respublikanın Əməkdar Müəllimi Qəmbər Ağayev çıxış edərək məktəbin kollektivi adından qonaqlara minnətdarlığını bildirdi və şagirdlərə öz tövsiyyələrini verdi.
Tədbirə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov yekun vuraraq qeyd etdi ki, müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formada fəaliyyətdə olan radikalizmlə mübarizəni, gənclər, Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi nümayiş etdirərək aparmalıdır.

 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir
 Bərdə şəhər 8 saylı tam orta məktəbdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir


Xəbəri paylaş

2 8908 dəfə oxunub.

Digər xəbərlər
Müəllif: pendir
Tarix: 5 noyabr 2016 20:24
yoxduchnjdhdfhcfngvjfthdgfdhfdh
bütün xəbərlər
____ Instagram ___