Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Keniyalı hüquqşünas Obamanın 16 yaşlı qızını almaq istəyir
Tarix: 27-05-2015 | Saat: 14:31
Bölmə:M / Karusel / Dünya / M2 | çapa göndər

Keniyalı hüquqşünas Obamanın 16 yaşlı qızını almaq istəyir
“Mən Maliyaya mursik hazırlamağı öyrədəcəm”.

Keniyalı hüquqşünas Feliks Kiprano (Felix Kiprono) ABŞ prezidenti Barak Obamanın qızı Maliya ilə evlənmək niyyəti olduğunu bəyan edib.

Xeberaz.az lenta.ru-ya istinadən xəbər verir ki, o, başlıq qismində 70 qoyun, 50 inək və 30 keçi verə bilər.

Bu barədə The Washington Times Keniya mətbuatına istinadən bildirib.

Kiprano iyulda Obamanın Keniyaya səfəri zamanı şəxsən evlilik təklifi etməyi planlaşdırır. O bildirib ki, Maliya ilə evlənməyi çoxdan arzulayır, və prezidentdən onu özü ilə götürməsini xahiş etmək məqsədi ilə məktub hazırlayır.

“İnsanlar mənim ailənin pullarının ardınca qaçdığımı fikirləşə bilərlər, amma bu, belə deyil”, - Kiprano bildirib.

Onun sözlərinə görə, bu, əsl məhəbbətdir. O, Maliya ilə 2008-ci ildə maraqlanıb, ona sadiq olmaq sözünü verdikdən sonra heç kim ilə görüşməyib.

Toydan sonra keniyalı həyat yoldaşı ilə adi həyat sürməyi düşünür.

“Mən Maliyaya hər bir keniyalı qadının bacardığı kimi inək sağmağı, qarğıdalı sıyığı bişirməyi və mursik hazırlamağı öyrədəcəm”.

Barak və Mişel Obamanın 16 yaşlı qızları Maliya Sidwell Friends School adlı özəl məktəbdə oxuyur, burada Klinton, Nikson və Teodor Ruzveltin uşaqları təhsil alıblar. O, idman və rəqslə məşğul olur, futbol oynamağı sevir.

Aprel ayında ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama CNN telekanalına xüsusi xidmət əməkdaşlarının Maliyaya maşın sürməyi öyrətməyə başladıqlarını bildirib.

Barak Obamanın özü ABŞ-da dünyaya gəlib, atası isə Keniyadandır.


Xəbəri paylaş

6898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___