Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bankdan bu səlahiyyət alındı
Tarix: 01-11-2016 | Saat: 17:07
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bankdan bu səlahiyyət alındı
Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.

Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.


Xəbəri paylaş

7118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___