Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Tarix: 31-10-2016 | Saat: 17:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO

Tanınmış ictimai xadim Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin (DAMM İB) vitse-prezidenti seçilib.

"Xəbəraz.az "-ın məlumatına görə, ötən gün Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan geniş tərkibli rəsmi və bədii hissəli tədbirdə DAMM İB-nın 20 İllik Yubileyi qeyd olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbirin idarə olunması üçün priziduama Hacı Quliyev dəvət olunub. O, əvvəl qonaqlarla birlikdə şəhidlərin, Ümummilli lider Heydər Əliyevin, dünyasını dəyişmiş xalq şairi Söhrab Tahirin, eyni zamanda, elm, mədəniyyət və ədəbiyyat adamlarının xatirələrini yad ediblər. Ardınca “DAMM İB: Dünənimiz, bu günümüz...” qısa tanıtım filminə baxış olub.

DAMM İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədovun hesabat məruzəsi dinlənildikdən sonra vitse-prezidentlərin, İdarə Heyəti üzvlərinin, İH sədri, müavini və katibinin, Ekspertlər Şurası üzvlərinin, Nəzarət Təftiş Komissiyası üzvləri və sədrinin, Gənclər Şurasının üzvləri və sədrinin, Qadınlar Şurası üzvlərinin və sədrinin seçkiləri başlanılıb.

Belələliklə, növbəti dövrədək Hacı Quliyev DAMM İB-nin vitse-prezidenti seçilib.

H.Quliyev mətbuata açıqlamasında Azərbaycanın milli mənəvi və mədəni dəyərlərin fəal şəkildə təbliğ edəcəyini bildirib:

“Göstərilən etimada görə mandat komissiyasına təşəkkür edirəm! Çox sevinirəm ki, seçilənlər arasında dostlarım da var. Azərbaycan mədəniyyətini və mənəvi dəyərlərini yetəri qədər Rusiya Federasiyasında təbliğ edən, iki dövlət arasında dostluq körpüsü rolu oynayan Ramin Qasımov Rusiyada yaşayan bir çox həmvətənlilərimizə dəstək olduğunu dəfələrlə şahid olmuşuq və rus telekanallarında Azərbaycanın milli mənəvi dəyərlərini təbliğ etdiyini görmüşük. Eləcədə, eyni amalla Azərbaycan dəyərlərini Almaniyada təbliğ edən Mihen Töremişin də gördüyü işlər danılmazdır. Onu da qeyd edim ki, adını Ekspertlər Şurasının üzvləri arasında gördüyüm əməkdar artist Elza Seyidcahanın seçilməsinə də çox şad oldum. Elza xanım milli musiqi mədəniyyətimizi xarici ölkələrdə və beynəlxalq tədbilərdə layiqincə təmsil edib.

Bu səbəblə Ramin Qasımovu, Mihen Töremişi, Elza Seyidcahanı və digər seçilən üzvləri səmimi qəlbdən təbrik edirəm!

Ümid edirəm ki, Azərbaycan DAMM İB iyirmi illik fəaliyyəti dövründə bir çox möhtəşəm layihələrə imza atıb və bundan sonra da hər birimiz güclərimizi səfərbər edib, daha da böyük layihələrin həyata keçirilməsi üçün çalışacağıq.”

Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO
Hacı Quliyev Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti seçildi – FOTO


Xəbəri paylaş

1 3268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___