General-leytenant: "Talış ətrafındakı yüksəkliklər..."
Tarix: 30-10-2016 | Saat: 23:26
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Erməni mətbuatının yaydığı guya Talış kəndində aprel hadisələrində məhv edilmiş Sisianlı quldurlara abidə açılışı zamanı təntənəli mərasim keçirilməsi barədə informasiya absurd, qeyri-peşəkar, uğursuz təqdim edilmiş və gülünc doğuran xəbərdir.
Bunu APA-ya açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
General-leytenant Y. Aydəmirov deyib ki, bu, Ermənistan və qondarma Dağlıq Qarabağ hərbi-siyasi rəhbərliyinin panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən başqa bir şey deyildir: “Əvvəla, ermənilər bu cür məlumat yaymaqla Ermənistanın Azərbaycan ərazilərinin işğalında birbaşa iştirak etdiyini və aprel hadisələrində təkcə bir istiqamətdə böyük itkilər verdiklərini növbəti dəfə boyunlarına almış oldular. Məkanı bəlli olmayan, haradasa cəbhəboyu zonadan kənarda, dağların arxasında keçirilmiş kiçik tədbirdən çəkilmiş və montaj edilmiş fotoda bir qrupun yığışaraq "təntənəli keçidi" izləməsi heç də "möhtəşəm" mərasimin keçirilməsi demək deyil. Ora toplaşanlar isə separatçıların dəstə başçısı Saakyanın özü ilə gətirdiyi tör-töküntüləridir. Mənə, hərbiyə yaxın olan bir şəxs kimi, tam məlumdur ki, Talış kəndi yaxınlığında düşmənin hətta 2-3 hərbi qulluqçusunun belə birlikdə rahat hərəkət etməsi qeyri-mümkündür. Tam məsuliyyətimlə sizi əmin edirəm ki, qoşunlarımız həm Talış kəndi ətrafındakı yüksəklikləri, həm də düşmənin dərinliyindəki əraziləri daim nəzarətdə saxlayır”.
Xəbəri paylaş
9508 dəfə oxunub.
Digər xəbərlər

20-09-2022, 11:12
Banan qabığı ilə yeyilməlidir. Mütəxəssislərdən tövsiyə
2-07-2017, 20:30
Ramil Quliyev qızıl medal qazandı
5-07-2023, 19:10
"Bunu anama, övladıma hiss etdirmirəm"
26-04-2016, 22:46
Rusiyadan Ermənistana 7 milyon yardım
6-12-2016, 22:21
Rus gözəli Anastasiya - FOTOLAR
22-03-2022, 11:36
Bakıda AĞIR QƏZA: Moped sürücüsü öldü - FOTO
5-09-2022, 11:25
Azərbaycanda bu şəxslərin qaz borcları silinməyəcək - RƏSMİ
16-12-2017, 11:29
"Qarabağ"ın qapıçısının elçiləri artır
19-06-2015, 14:31
“Apple” korporasiyanın növbəti nəsil smart-saatları videozənglər həyata keçirmək üçün kamera ilə təchiz edilə bilər.