Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Marneulidə təkrar səsvermənin nəticələri bəlli olub
Tarix: 23-10-2016 | Saat: 02:30
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Marneulidə təkrar səsvermənin nəticələri bəlli olub
Marneulidəki 36-cı dairənin Qızılhacılı kəndindəki 48 saylı seçki məntəqəsində seçkilər başa çatdıqdan sonra bülletenlər sayılıb.

"Xəbəraz.az " Təkrar səsvermədə “Vahid Milli Hərəkat” partiyası tərəfindən irəli sürülən deputatlığa namizəd Əhməd İmamquliyev 378 səs əldə edib. “Gürcü Arzusu” tərəfindən irəli sürülən digər namizəd Tamaz Naveriani isə 307 səs toplayıb.

48 saylı seçki məntəqəsində cəmi 53,3% seçici səs verib. Zuqdididəki təkrar səsvermə zamanı isə üç məntəqədə 51,6% seçici səsvermədə iştirak edib.

Əhməd İmamquliyev jurnalistlərə açıqlamasında ikinci turda iştirak edəcəyini bildirib.

Qeyd edək ki, təkrar seçkidə iştirak edən və baryeri aşa bilməyən deputatlığa namizədlər oktyabrın 30-da parlament seçkilərində iştirak etmək üçün ikinci tura qatılacaqlar.

Xatırladaq ki, 48 saylı Qızılhacılı kənd seçki məntəqəsində 1436 seçici qeydiyyatda olub.


Xəbəri paylaş

5718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___