Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mirşahin Bakıda yanmış binadan danışdı: “Onu biz yandırdıq” - VİDEO
Tarix: 25-05-2015 | Saat: 17:25
Bölmə:M / Karusel / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Mirşahin Bakıda yanmış binadan danışdı: “Onu biz yandırdıq” - VİDEO





Mirşahin Ağayev bu dəfə ANS TV-nin “Hesabat” verilişində Binəqədi rayonunda baş vermiş yanğından danışıb.

Xeberaz.az olaraq həmin süjeti təqdim edirik:

Hamımız yanırıq. Amma Odlar Yurdunun övladları olduğumuz üçün yox. Oddan kül törəyir ona görə.

Bu evin üzü qaradır. Onu biz yandırdıq. Bəzən laqeydlik, bəzən yola ver getsinlik, bəzən, diqqətsizlik, bəzən rüşvət hesabına nələrəsə göz yummaq, bəzən səhlənkarlıq, bəzən məsuliyyətsizlik və bütün bu səbəblərin hamısının cəmi ilə. Bu ev dövlətimizin 100 minlərlə binasından biridir. Və dövlət adlandırdığımız böyük ev belə evlərdən tikilib.

Nə baş verib? Əlbəttə, böyük bir faciə, müdhiş bir dərd, 10 böyük, 5 körpə qəbri qoyub gedən fəlakət. Və ən qəribəsi budur ki, bu evin yanmasını təşkil edərkən ilk baxışda yaxşılıq etmək istəyirdik. Bu evə xüsusi materialdan üzlük qatı da elə ona görə çəkmişdik ki, bina yaraşıqlı görünsün. Amma Cəhənnəmə aparan yol xeyirxah niyyətlərlə fərqlənib - deyirlər.

Birimiz bir şeyə göz yumub dedik cəhənnəmə ki, o birimiz bir başqa şeyə göz yumub dedik cəhənnəmə ki, və buyurub aldıq: bu da cəhənnəm … Bu cəhənnəm odu əslində burda yananlar üçün deyildi… Başqalarının oduna bu yaşlar yandı. Amma var axı.

Bu binanın üzlük qatını hazırlayan, onun keyfiyyətinə nəzarət etməli olan, bu üzlüyü gətirib divarlara sırıyan da, onlara görə halallı-haramlı pulunu alıb cibinə qoyan da biz idik. Axı bu binanı göyə qaldırıb orda üzləyib, sonra da paraşutlə gətirib bura qoymamışdılar.

Prezident İlham Əliyev keçirdiyi xüsusi müşavirədə bir sıra boşluqları üzə çıxardı. Hamımız burda idi. Tikən də, bərpa edən də, qəbul edən də. Evimiz niyə yandı? Niyə 15 nəfərimiz öldü... niyə 5 körpənin qanlısı olduq? Axı bütün bunlar olmaya bilərdi… Kimsə on beş manat qazanacaqdı deyə on beş nəfər niyə ölməliydi?

Versiyalar çoxdu… təbii ki, amma onların hamısının kökü bir versiyadan mütləq şəkildə keçir. Rüşvət… Hansı səviyyədə hansı mərtəbədə alınmasından asılı olmayaraq rüşvət… Prezidentin yanında məsuliyyətimizi yaxşı anladığımızı hiss etdirirdik. Davranışımızdan anlaşılırdı ki, nəsə xoşəgəlməz, ağır bir prosesin içindəyik və bura mükafat üçün çağrılmamışıq.

İlham Əliyevin irad tutduğu məsələlər əslində bizim üçün yeni olmamalıydı. Çünki bu toplantıya məhz rəhbərlik etdiyimiz qurumların fəaliyyətinin nəticəsinə cavab vermək üçün dəvət olunmuşduq. Təbii ki, bu ev yanandan sonra nələrsə, kimlərsə dəyişəcək, cəzalandırılanlar olacaq, necə ki artıq var… Daha məsuliyyətli olacağıq. Dövlət öz vətəndaşını qorumağın daha etibarlı yollarını və mexaizmlərini tapacaq.

“Tələb edirəm ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün mənə konkret təkliflər paketi mənə təqdim edilsin. Çünki mən görürəm ki, bu sahədə ciddi tənzimləmə sistemi yoxdur”, - deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.

Məlum oldu ki, hətta dövlət parklarının bir hissəsini özələşdirib ev tikirik. Ona görə də dövlət başçısı Qanunun Qüvvəyə minməsini əngəlləyərək özləri Qanunları minən qüvvələrin üzərinə getdiyini açıq şəkildə bəyan etdi:

“Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı”.

Yəni baxın ha… Evlərinizi başınıza uçuraram. Amma mən Prezidentin çıxışından bir parçanı xüsusi olaraq şərhimin sonuna saxladım. Son zamanlar dəbdə olan, az qala bizim eradan əvvəl bizim eradan sonra mənasına yaxınlaşan Avropa Oyunlarını hər yerdə, hər hərəkətdə bir cızıq, bir sərhəd kimi hallandırmağımız İlham Əliyevi belə bir haşiyəyə vadar etdi:

“Söküb, bərpa etməmək də olar. Avropa Oyunları və başqa böyük tədbirlər bu faciə qarşısında heçə bərabərdir”.

Doğrudan da bu insan ömrüdür, oyun deyil. Və Prezident onu demək istəyirdi ki, biz Avropa Oyunlarını ona görə keçiririk ki, ölkə və onun vətəndaşları daha yaxşı yaşasın.

Turistlər gəlsin, pul gətirsinlər, camaatımız onların xidmətindən bəhrələnsin, dövlətimiz tanınsın, onun haqqında yanlış təsəvürü olanlar doğru Azərbaycana baxsınar, Azərbaycana doğru baxsınlar.

Başımız elə qarışıb ki, fikir verməmişik: deyəsən səbəb və nəticə əlaqəsi pozulub axı. Biz oyunları keçirməkdən ötrü ölmürük, yəni oyunları ona görə keçirimirik ki, ölək, yanaq…. Əksinə keçiririk ki, yaşayaq!

Mən sonda yenidən Bu Üzüqara Evə qayıdıram. Və bu rəngə həm də üzümüzün rəngi kimi baxıram. Əlbəttə rənglənəcək, əlbəttə harasısa ağardılacaq… amma altı ki, qara qalacaq… və hələ uzun müddət bu binanın mənzillərinin bir neçəsində körpə ruhlar dolaraşaq analarını, öz oyuncaqlarını axtaracaq, tapmayacaq və köməksiz şəkildə ağlayacaq.

Allah cənnəti ilə ovundursun.





Xəbəri paylaş

7738 dəfə oxunub.

Digər xəbərlər
15-01-2016, 11:29 Cəbhədə gərgin gecə

bütün xəbərlər
____ Instagram ___