Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İqtisad Universitetində dava, müəllim tələbələri ilə dalaşıb
Tarix: 21-10-2016 | Saat: 13:39
Bölmə:M / Karusel / İqtisadiyyat / Aktual | çapa göndər

İqtisad Universitetində dava, müəllim tələbələri ilə dalaşıb

Faktinfo.az-ın əldə etdiyi müfəssəl məlumata görə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri tələbələri ilə dalaşıb. Müəllimlər Müslüm İbrahimov və Əhliman Zamanovun IV kurs tələbələri ilə dalaşması səbəbindən 3 tələbə rektor Ədalət Muradovun əmrinə əsasən universitetdən qovulub.

Faktinfo.az-ın əldə etdiyi məlumatdan o da aydın olub ki, Müslüm İbrahimov ADİU-nun II korpusunda yerləşən iqtisadiyyat fakültəsinin müəllimidir, onunla tələbələrə qarşı davada iştirak edən digər müəllim yoldaşı Əhliman Zamanovun isə elmi dərəcəsi yoxdur, fakültəyə müəllim kimi yenicə işə götürülüb.Tələbələrlə dalaşan hər iki pedaqoq İrşad Kərimovun rəhbərlik etdiyi kafedranın müəllimləridir.

Məlumat üçün bildirək ki, baş vermiş davada tələbələrin təqsiri bilinməsi ilə valideynlər barışmır, onlar övladlarının ADİU-ya qısa bir müddətdə bərpa edilməsi üçün Prezident Adminstrasiyasına ,aidiyyəti qurumlara şikayət etmək istəyirlər. Bunu isə iqtisadiyyat fakültəsinin dekanı Asiman Quliyev istəmir, universitetdən qovulan tələbələrin valdeyinlərini razı salmağa çalışır ki,onlar şikayət etməsinlər.Çünki hadisə barədə artıq Respublika Prokurorluğu məlumatlıdır,dekan Asiman Quliyev bir neçə dəfə prokurorluğa çağrılıb.İndiki şəraitdə valideyin və tələbələrin digər dövlət qurumlarına şikayət etməsi fakultə dekanına əlavə problemdir ki,bu səbəbdən məsələnin böyüməsini,bir çox faktların aşkarlanmasını istəmir.

Mövzunu diqqətdə saxlayacağıq.

Faktinfo.az


Xəbəri paylaş

1 3178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___