Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fazil Mustafa:- "Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır"
Tarix: 25-05-2015 | Saat: 16:27
Bölmə:M / Karusel / Siyasət / Gündəm / M2 / Sitat | çapa göndər

Fazil Mustafa:- "Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır"






Millət vəkili Fazil Mustafa Bakdıakı yanğınla bağlı yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifovun jurnalistə münasibətinə reaksiya bildirib.

Xeberaz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, milət vəkili bu barədə status yazıb:

"Baş nazirin müavini Abid Şərifovun açıqlamalarının bu iqtidara hansı divident gətirdiyini heç cür anlaya bilmədiyimə görə, hansı əsaslandırma ilə cəmiyyətin, xüsusilə də sıxıntı və acılar yaşamış sakinlərin qarşısına çıxarıldığının da izahını verə bilmirəm. Heç olmazsa Hacıbala müəllim durub vətəndaşlarla bir-iki epizod ağlayır, izah edir ki, nəzarəti əlindən alıblar, sətiraltı deyir ki, hansısa qurumun da məsuliyyətinin nə olduğunu müəyyənləşdirmək çətindir. Arabir də öz üslubunda acı durumda olan vətəndaşa təsəlli və ümid verir. Abid müəllim isə fərqli bir üslub sərgiləyərək həbsxana jarqonu ilə vətəndaşların və jurnalistlərin suallarını geri çevirir. Heç şübhəsiz ki, binalarda üzləməyə başlarkən biriləri etiraz edən vətəndaşlara demiş ki, üzləməni mənim şirkətim aparacaq, hə, əcəb edəcəyəm, nə olsun. Bu "əcəb edirəmin", "kabadayılığın" sonu o olur ki, günahsız insanlar gözlərini açıb ağır faciə ilə qarşılaşırlar və həyatları alt-üst olur. Eyni ifadəni indi baş nazirin müavini ağır faciədən sonra ən azı təsəlli verməyə borclu olduğu vətəndaşa deyir: söküntünü aparan mənim şirkətimdir, nə sözünüz ola bilər? İndi izah edin görüm bu iqtidara yüksək ranqlı məmurların belə xidmətinin adına el arasında nə deyirlər?"


Xəbəri paylaş

7948 dəfə oxunub.

Digər xəbərlər
22-08-2015, 13:57 Zəlzələ baş verib
29-12-2015, 10:50 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___