Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib.
Tarix: 20-10-2016 | Saat: 14:42
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

 Qazax rayonunda  “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar  üçün təlim keçirib.
Müvəkkil Hüquq Mərkəzi Qazax rayonunda “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar üçün təlim keçirib.

Təlim Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
“Əhali arasında “Açıq Hökumət”in təşviqi və vergi mədəniyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub.

Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov layihə haqqında geniş məlumat verərək, son dövrlər sözügedən mövzunun aktual olmasına diqqət çəkib.
Təlim-treninqlər nəzəri və praktik hissələrdən ibarət olmaqla aparılmışdır. Təlim "Sahibkarlıq subyektləri arasında bağlanmış əqdlərin hüquqi aspektləri" və "Sahibkarlıq subyektlərində mühasibatlıq işinin təşkili" mövzusunda aparılıb.
Təlimlərin ikinci, praktik hissəsində isə treninq iştirakçıları 2 qrup üzrə komanda çalışmalarında iştirak etmiş və təqdimatlar hazırlamışlar.
Sonda təlimi uğurla başa vuran sahibkarlara sertifikatlar təqdim edilib.

 Qazax rayonunda  “Sahibkarlar üçün hüquqi əqdlər və mühasibatlıq” mövzusunda sahibkarlar  üçün təlim keçirib.


Xəbəri paylaş

5608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___