Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Tarix: 19-10-2016 | Saat: 16:46
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər
VII Beynəlxalq "The First” mükafatlarının təqdimetmə mərasimi keçirilib. "Hilton" otelində gerçəkləşən mərasim Azərbaycanın Müstəqillik Gününə təsadüf edib. "Xəbəraz.az " xəbər verir ki,"Xəyal Production"un təşkilatçılığı ilə keçirilən tədbirdə elm, siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, idman və başqa sahələrin tanınmış simaları il ərzində əldə etdikləri uğurlara görə mükafatlandırılıblar. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov da mükafata layiq görülənlər sırasındadır.
Mərasimdə çıxış edən Aqil Acalov bir əsr ərzində iki dəfə müstəqillik qazanmağımızdan qürurla söz açaraq tədbirin belə bir gündə keçirilməsinin önəmini diqqətə çatdırıb: "Biz güclü xalqıq və mən inanıram ki, müstəqilliyimiz əbədi olacaq. Bu mükafata layiq gördüyünüzə görə isə sizə təşəkkürmü bildirirəm. Biz idmançılar, alpaqutlar sağlam həyat tərzini təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda məqsədimiz türkə mənsub olan döyüş sənətini Azərbaycanda və bütün dünyada inkişaf etdirməkdir. İnanıram ki, müvəffəqiyyətlə icra etdiyimiz bu işi bundan sonra da uğurla davam etdirəcəyik".
Qeyd edək ki, "The First" mükafatını alanlar arasında Milli Məclisin deputatları Adil Əliyev, Qənirə Paşayeva, tanınmış yazıçı Çingiz Abdullayev, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, aktrisa Məleykə Əsədova və digər tanınmış şəxslər də olub. Türkiyədən mərasimə qatılan qonaqlar arasında isə son günlərin ən populyar ifaçılarından olan Mehmet Özkaya və Hande Ünsal təmsil olunublar. Təqdimetmə mərasimi çərçivəsində konsert proqramına da yer verilib.
Xəbəri paylaş
1 8808 dəfə oxunub.
Digər xəbərlər

19-12-2020, 15:20
YAŞAT Fondunun adından istifadə edərək şəhid ailələri və yaralananlara edilən yardımları ələ keçirmək istəyən şəxs saxlanılıb.
21-08-2018, 20:55
Həyat yoldaşınızı çağırarkən diqqətli olun
5-06-2017, 12:01
"Real Madrid" qələbəsini belə qeyd etdi - FOTO
19-12-2017, 11:16
Avtobus sürücüsü sükan arxasında infarkt keçirdi - Zəncirvari qəza baş verdi - FOTOLAR
30-10-2016, 12:41
Natavan Həbibi nişanlandı - FOTO
23-11-2022, 11:22
Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident
27-06-2017, 16:24
"Kara sevda" azərbaycanlı gəncin ideyasını oğurladı - VİDEO
5-04-2016, 12:19
Səhiyyə nazirindən cəbhə ilə bağlı - Əmr
4-11-2019, 11:46
YAP-çı deputat Oqtay Gülalıyevə baş çəkdi
15-12-2017, 11:44
Əgər şeytan olmasaydı, insan günah edərdimi?