Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Azərsu” ASC-də qalmaqallar son həddə çatıb
Tarix: 19-10-2016 | Saat: 16:26
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

“Azərsu” ASC-də qalmaqallar son həddə çatıb


Son vaxtlar “Azərsu” ASC-də yenə aləm qarışıb. Qorxmaz Hüseynovun 9 ayın yekunları ilə bağlı keçirdiyi müşavirədə bir neçə müavinin iştirak etməməsi artıq həmin müavinlərin müqəddaratının həll olunmasına gətirib çıxarır.

2 il öncə Q.Hüseynovun müavini işləmiş Mirkamil Seyidovun da müşavirələrdə iştirak etməməsi,səlahiyyətindən sui-istifadə edərək dövlət əmlakını mənimsəməsi,vaxtının çoxunu özünə mülklər və obyektlər tikdirməsinə həsr etməsi məlum sonluqla bitdi.Onu işdən atdılar. Hazırda o, Etibar Məmmədov qruplaşmasının ən fəal üzvü hesab olunur. Ancaq ehtimallara görə ,M.Seyidovun taleyi bu gün E.Məmmədovu da gözləyir. Çünki axırıncı müşavirədə E.Məmmədovun iştirakı təmin olunmayıb. Digər qruplaşma üzvləri Q.Hüseynovun qarşısında məsələ qaldırıblar ki, E.Məmmədov da M. Seyidov kimi Q.Hüseynova qarşı əks cinahda duran,onun vəzifədən alınmasını tezləşdirən faliyyətlə məşğuldur. Odur ki,məsələ konkret qoyulub: ya Etibar, ya da biz. Ona görə də hal- hazırda Q.Hüseynov çox çətin bir dilemma qarşısındadır.

Belə ki, bir tərəfdən daxili münaqişə, digər tərəfdən isə FETÖ ittihamı “Azərsu” ASC şefini çıxılmaz vəziyyətə salıb.

Hətta Q.Hüseynovun “krişası”nın da FETÖ qalmaqalına başı qarışdığından artıq Q.Hüseynovdan imtina etdiyi yayılan məlumatlar sırasındadır.Yaranmış fürsətdən yararlanmaq istəyən M.Seyidov və E.Məmmədov əməlli-başlı hərəkətə keçiblər.

Mirkamil Seyidovun yuxarı dairələrdə tez-tez görünməsi də buna əyani sübutdur. Bu məsələ ilə bağlı Mirkamil Seyidov və Etibar Məmmədovla telefon əlaqəsi saxlamaq istəsək də, buna nail ola bilmədik. Deyilənlərə görə, hər iki şəxs ölkə xaricindədir,məqsədlərinə çatmaq üçün çalışırlar.

Faktinfo.az


Xəbəri paylaş

1 9558 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___