Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyəni savaşdan niyə kənarda qoydular?
Tarix: 19-10-2016 | Saat: 11:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Türkiyəni savaşdan niyə kənarda qoydular?
Cansız müharibədən canlı yayım

“Proxy war” deyilən siyasi bir termin var. Dilimizə birbaşa tərcümə etmək olmur. Mənası üçüncü dövlətlərin əli ilə vuruşmaq anlamına gəlir.

Bir az əvvəl Dövlət Baxçalı Mosul əməliyyatlarına qoşulan dünya güclərini görüb ölkəsinin kənarda qalmasına belə deyinirdi: 36 ölkədən 30 min güc İraqda hərbi əməliyyatlara qatılıb. Kürd yaraqlılarının orada iştirakına kim icazə verib? Bu nə ittifaqdır?

Gerçəkdən də beynəlmiləl bir ordu olan İŞİD dəstələrinə heç də legitim olmayan başqa bir hərbi muzdlu qüvvələri qarşı qoyublar. II Dünya müharibəsinin sonunda bütün dünya faşizm əleyhinə yeni cəbhə açmaq məramı ilə birləşəndə heç bir dövlət kənarda qalmaq istəmirdi. Lakin hitlerizmə nifrət nə qədər böyük olsa da, Amerika və Britaniyanın əsas planını Almaniyanın gələcək bölüşdürülməsi təşkil edirdi.

İndi ingilis əsgərləri döyüş meydanında bilavasitə iştirak etmirlər. Onlar peykdən - bir az ilahiyə yaxın nöqtədən əməliyyatlara taktiki rəhbərlik edirlər. Axı Obama prezidentliyinə hansı şüarlarla gəldiyini unutmayıb. Vyetnam və Əfqanıstandan sonra xidmətə cəngavər oğullar göndərən Amerika anaları sink tabutlar qəbul etməkdən cana doyublar. Virciniyada doğulub Şərqin susuz səhralarında canını tapşıranlara qardaşlıq qəbiristanlığı düzəltməyə vətəndaşların artıq səbri qalmayıb.

İndiki əməliyyat gerçəkdənmi İŞİD layihəsini başa çatdırmaq istəyənlərin əzilən və viranəyə çevrilən bir yurda əbədi sülh gətirmək niyyətidir? Əsla, yox. Gerçək mənzərə tamam ayrı məqsədlərdən xəbər verir.

Türkiyəsiz və Rusiyasız hazırlanan planın hədəfi elə hər iki dövlətin son yaxınlaşmasına zərbə vurmağa yönəlib. Lakin planın nüvəsində başqa məqsədlər də var. Ərdoğanın tribunadan hədələrinə baxmayaraq, heç kəs ona müttəfiqlik sazişi təklif edəsi deyil. Binəli Yıldırım və Türk Silahlı Qüvvələrinin rəhbəri Hulusi Akarın Amerikaya və Bağdada gedərək müxtəlif diplomatik danışqlar aparması nəticə verməyib. Qazi Mustafa Kamalın tarixi missiyasını təkrarlamaq üçünsə təkcə onun cəsurluğuna sahib olmaq deyil, həm də siyasi uzaqgörənliyinə uyğun hərəkət etməyi bacarmalısan.

Türkmanlər naminə gedib İraqın 30 minlik legioner ordusuna qoşulmaq türk silahlı qüvvələri üçün təhqir olardı. Abadi onları işğalçı sayır. Tarixin ironiyasına baxın ki, bir ölkənin parlamenti və hökumətinin mövqeyini heç kəs saya salmadan İrandan tutmuş Səudiyyə Ərəbistanına qədər, bir-birinə zidd dövlətlər Səddamın vətənini döyüş meydanına çeviriblər, həmin ölkənin başsız lideri əlini yaxın qonşusuna yönəldib xalqda saxta düşmən obrazı yaradır.

Halbuki türklər Dabık və Soran yaşayış məntəqələrini xilafət cihadçılarından təmizləyib orada oturublar. Hadisələrin belə ssenari ilə inkişafı, Suriya və İraq ərazilərinin türk siyasi iradəsinin ziddinə yenidən bölüşdürülməsi açıq şəkildə Kürdüstan dövlətinin coğrafiyasını genişləndirməyə hesablanıb. Çünki məzhəb parçalanmasından əziyyət çəkən ərəblərdən fərqli olaraq, yeganə nizami ordunu peşmərgələr qurub.

Türkləri kənarda qoymaq müharibəni başqa əllə aparmaq istəyənlərin növbəti avantürasıdır. Hamı İŞİD kartından sonranı hesablayır və qalib dövlətlərin mükafatına göz dikir. Məhmədciklər kiminlə vahid bir səngərə girsələr də, peşmərgələri məhv etmək planından əl çəkəsi deyillər. Türkiyənin vahidliyi və təhlükəsizliyi bundan asılıdır. PKK-nı başqa hədəflərə və ərazilərə saldırı yapmağa vadar etmək üçün Vaşinqton heç zaman Ankaraya yardım etməz. Ona görə də islam bayrağı altında toplaşan terrorçuları qırandan sonra Bərzani öz silahını kimə qarşı çevirəcəyini hamıdan yaxşı bilir.

Kürdüstanı qurmaq Yaxın Şərq labirintidən çıxmaq üçün mühüm siyasi həlqələrdən biridir. 2009-cu ildə konqresmen olan Con Kerri böyük nümayəndə heyəti ilə Kərkükə təsadüfi gəlməmişdi. Siyasi xəritə dəyişməsə, o bölgədə sabitlik bərqərar olmayacaq. Ərazilərin yenidən cızılması hesabına ərəb arxitekturasını tamam dəyişmək gərəkdir. Diktator deyib devirdikləri şəxslərdən alınan ölkələrin coğrafiyası əlverişli strategiyalar naminə yenidən bölünməlidir.

Bununla da İranın da qarşısında mühüm bir divar çəkilir və ərəb dünyasındakı dayaqlarına zərbə vurulur. O biri yandan Türkiyəni regionda təkbaşına xarici siyasət qərarlarından uzaqlaşdırmaq, dövləti əldə saxlamaq və separatizmi daimi silaha çevirmək üçün bundan yaxşı ssenari ola bilməz. İndi Ərbilə neft mənbəyi kimi baxan və Bərzanini çirkli pullarla boğacağını düşünən Ərdoğanın planını ona qarşı çevirirlər.

Rusların Suriya üzərindən əməliyyatlarını pisləyib Aleppoda qırılan dinc vətəndaşları kütləvi medianın obyektivinə daşıyanlar indi hansı haqla faktiki 1 milyon insanın yaşadığı məntəqəyə hücuma keçiblər? Zərbələrin dəqiq vurulduğuna kim zəmanət verir? Yoxsa, Fransa təyyarələri Bağdadi tərəfdarlarını adbaad tanıyır və raketlər mülki vətəndaşlara zərər yetirmir? Halbuki vəhşət cəbhəsindən gələn xəbərlər bunun əksini deyir.

Kitabxanalardan tutmuş zirzəmilərə qədər hamısı terrorçuların özünümüdafiə istehkamlarıdır. Tunellərdə gizlədilən bombaların və neft gölməçələrinin yandırılması, canlı bombalar kimi yetişdirilən mücahidlərin dünənki həmlələri İraqın 2-ci böyük yaşayış məntəqəsində qələbənin asan olmayacağından xəbər verir. Beynəlxalq hüquq müdafiə təşkilatları insanlıq əleyhinə cinayətlərin son iki gündə qat-qat artdığını bəyan edirlər.

İndi hərbi teatr səhnəsini canlı yayımla dünyaya göstərənlər bir azdan kameraları terror bayrağının dalğalandığı yeni ünvanlara yönəldəcəklər. CNN daxil bütün dünyəvi kanallar əsgərlərlə birgə hərəkət edirlər. Hamı qanlı və canlı reportajlar gözləyir. Axı qladiatorların savaşı həmişə maraqlı olur.

İndi hər kəsi düşündürən sual budur - Xilafəti hansı ünvana qovurlar və Bəşəri devirib yerinə Bağdadinimi gətirirlər?

Ərəbi öz qardaşının əliylə taxtdan salmasan, sonra kölə kimi vuruşmaz. Müsəlmanların müqəddəs aylarını onun qanı ilə bəzəməyin özü də Qərbin şühadalığa verdiyi böyük önəmin nəticəsidir!

Yeri gəlmişkən, yəqin əməliyyatlar 40 günün tamamında başa çatacaq. Lakin İmam Hüseynin silahdaşlarından fərqli olaraq, bu dəfə Yezidin ordusuna qalib gələnlər ərəbin xilaskarına deyil, qəbirqazanına çevriləcəklər.

Müharibədən canlı yayım davam edir!


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___