Donetskdə növbəti qurbanların adı gündəmdə
Tarix: 19-10-2016 | Saat: 01:20
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Donetsk terrorçusu "Motorola" ləqəbli Arsen Pavlovun ölümündən sonra da təmizləmə əməliyyatı davam edir.
Qeyd edilir ki, sui-qəsdin növbəti qurbanları İqor Plotniçki, Aleksandr Zaxarçenko və Aleksandr Xodakovski ola bilər.
"Zaxarçenko Kiyevi qorxunc təhlükələrlə təhdid edir ki, bu da növbəti qurbanın Donetsk lideri olacağı qənaətinə gətirib çıxarır. Ancaq o özü bundan şübhələnmir", - rusiyalı publisist, analitik Vladimir Qolışev söyləyib.
“Vostok” batalyonunun eks-komandiri Aleksandr Xodakovski də hədəfdə olanlardan biridir. Xodakovski Pavlovla yaxın münasibətlərinin olması ilə də tanınır və o da Ukraynanın ünvanına ittihamlar səsləndirənlər sırasındadır.
Xodakovski Kremldə Zaxarçenkonun bir növ əksi kimi görülür və Donetsk separatçılarının rəhbəri vəzifəsinə potensial namizədlərdən biridir. O, Moskvada qeyri-rəsmi görüşlərdə də gözə dəyir. Buna görə də yaxın müddətdə onun da aradan qaldırılmasının şahidi ola bilərik", - müəllif bildirir.
Qeyd edək ki, bazar günü baş verən bu qətldən sonra Pavlovun ölümünün məsuliyyətini üzərinə götürən adı açıqlanmayan qrup video yayaraq, növbəti hədəfin Zaxarçenko olduğunu açıqlamışdı.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

8-07-2018, 16:49
Diplomatlar Dilqəm Əsgərovun anasının evini ziyarət edib
8-08-2021, 17:03
Azərbaycanda ailə dramı - Ərinə görə özünü güllə qarşısına verdi
29-07-2015, 22:03
İŞİD-in “maliyyə naziri” məhv edildi
22-08-2017, 11:10
Avtobus sürücüsünə silah çəkənin atası polis zabitidir
15-11-2015, 23:14
Terror baş verən yerdə məşhur mahnını ifa etdi - video
17-03-2018, 12:18
Şeyx bayram münasibətilə xalqı təbrik edib
7-05-2017, 19:23
Onları heç kim “yoldan çıxarda” bilmədi: Ən sadiq 11 oyunçu - FOTO
7-04-2017, 19:46
Ərdoğanın mitinqinə gedən avtobus qəzaya uğradı: 3 ölü, 16 yaralı
13-07-2018, 15:05
Nazirliyin imtahanında qüsur – Ekspert açıqladı