Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Abid Şərifov: - “Nağıl danışma”
Tarix: 24-05-2015 | Saat: 19:38
Bölmə:M / Karusel / Gündəm / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Abid Şərifov: - “Nağıl danışma”



Baş nazirin müavini Abid Şərifovun paytaxtın Nobel prospekti, Zığ yolunda yanan binanın narazı sakinləri ilə görüşü olub.


Xeberaz.az xəbər verir ki, interpress.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, narazı sakinlər Xətai rayon icra haimiyyətinin başçısı Razim Məmmədovla bərabər ilə ərazini gəzən Abid Şərifova onları narahat edən məsələləri çatdırıblar.

Sakinlərə görüşdə müəyyən qədər gərginlik yaşanıb. Sakinlər binanın təmiri, kompensasiya ödəniməsi kimi məsələləri qaldırsalar da, Abid Şərifovun narazı sakinlərlə kobud rəftarı diqqəti çəkib. Belə ki, Abid Şərifov narazı sakinin sözlərini yarımçıq kəsərək “Nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.

Görüş zamanı məlum olub ki, yanan bina və ətrafdakı bütün binalarda balkonları bağlanması tapşırığı verilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Onlar balkonların bağlanmasının ancaq sakinlərin istəyi ilə fərdi qaydada həyata keçirilməsini tələb edirlər.







Xəbəri paylaş

1 0298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___