Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dövlət rəsmiləri İlham Əliyevi təbrik etdilər
Tarix: 18-10-2016 | Saat: 18:54
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Dövlət rəsmiləri İlham Əliyevi təbrik etdilər
Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizi və dost Azərbaycan xalqını təbrik edirəm.

Azərbaycan ötən 25 ildə böyük inkişaf yolu keçib, iqtisadi, sosial və mədəni sahələrdə heyrətamiz uğurlar əldə edib.

Dağıstan ilə Azərbaycanı qədim dostluq və mehriban qonşuluq telləri bağlayır. Biz Azərbaycan rəhbərliyinin Dağıstan ilə tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirməyə, qarşılıqlı faydalı layihələr həyata keçirməyə çalışmasını yüksək qiymətləndirir və buna Dağıstana xüsusi rəğbətin əlaməti kimi baxırıq.

Əminəm ki, Rusiya-Azərbaycan əməkdaşlığı çərçivəsində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi istiqamətində yeni imkanların aşkara çıxarılması üçün mövcud potensialı birgə səylərimizlə reallaşdıra biləcəyik.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına quruculuq fəaliyyətinizdə uğurlar, sülh və firavanlıq arzu edirəm”.

***

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Qırğızıstanda qardaş Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə və inkişaf etdirilməsinə böyük önəm verir.

Əminəm ki, Qırğızıstan-Azərbaycan əlaqələri ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə səylərimizlə daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və rifah, qardaş Azərbaycan xalqına sülh və tərəqqi arzu edirəm”.

***

Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycan Respublikası Rusiya Federasiyasının ən mühüm tərəfdaşlarından biri, rusiyalılarla birgə tarix, ümumi iqtisadi, mənəvi və sosiomədəni köklərlə bağlı olan dövlətdir. Dövlətlərimiz arasında çoxəsrlik ənənələri olan dostluq və tərəfdaşlıq münasibətləri təşəkkül tapıb. Azərbaycan xalqının birliyinin möhkəmlənməsində tarix, mədəniyyət və vətənpərvərlik hissləri xüsusi əhəmiyyət daşıyır və bunlar ölkənin uğurlu və sabit inkişafının rəhnidir. Bakıdakı görüşlərimiz barədə ən xoş xatirələrimi indiyə qədər qoruyub saxlayıram.

Sizə və Azərbaycan xalqına cansağlığı, daha böyük inkişaf və firavanlıq arzu edirəm”.


Xəbəri paylaş

6478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___