Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Milli Qəhrəmanlarımızın adları niyə bəzi küçə adları ilə əvəzlənmir?
Tarix: 18-10-2016 | Saat: 11:19
Bölmə:M / Karusel / Gündəm / Aktual | çapa göndər

Milli Qəhrəmanlarımızın adları niyə bəzi küçə adları ilə əvəzlənmir?
Artıq 25 ildirki, Azərbaycanımız nəinkiregionda, dünyanın 250 dövləti içərisindəmüstəqil ,suveren, unitarrespublika olmaqla bərabər istənilən sahədə öz sözünü deməklə dünya sivilizasiyasına kifayət qədər töhfələrini vermişdir və bu gündə bunu davam edir. Hamıya yaxşı bəllidirki, müstəqillik, azadlıq heçnədən əldə edilmir, hər hansı vasitə ilə alınmır. Yalnız və yalnız qan bahasına,qurbanlar verməklə əldə edilir. Tarixi qəhrəmanlığı özündə hərzaman əks etdirən doğma Azərbaycanımız mənfur düşmənlərinə qarşı mübarizə apararaq müasir müstəqilliyi dövründə 10 minlərlə şəhidverdi. Qüdrətli dövlətimizin yaradıcısı, dahi Heydər Əliyev heç zaman unudulmayan şəhidlərimizin adlarını daima uca tutulmasına minə onların ailələrinə dövlət qayğısını özündə əks etdirən birsıra sərəncam vəfərmanlar vermişdir. Bu da öz növbəsində qədirbilən xalqımız tərəfindən həmişə təqdirə layiq hal kimi qarşılanır.Hətta həmin şəhidlərimizin nə az, nə çox, düz 212 nəfərQarabağ- Ermənistan münaqişəsi zamanı , o cümlədən dövlətimizin təhlükəsizliyi naminə aparılan əməliyyatları zamanı misilsiz şücaətlər göstərməklə Azərbaycanın Milli Qəhrəmanı Fəxri adına layiq görülmüşlər. Bu fəxri adlarla tam səmimi olaraq qeyd edirəmki, məndə bir azərbaycanlı olaraq çox fəxr edirəm. Və ən əsası , onların ruhu qarşısında baş əyirəm. İndi məni bununla bağlı qeyri-adi bir nüans maraqlandırır. Bu milliq əhrəmanların ilk öncə bir neçəsinin adını qeyd etmək istəyirəm:Məhərrəm Seyidov, Hikmət Nəzərli, Mehdi Abbasov, Nofəl Quliyev, Allahverdi Bağırov, Koroğlu Rəhimov, Cavanşir Rəhimov, Ələsgər Novruzov, Aytəkin Məmmədov, Salatın Əsgərova, İlham Əliyev, Əlif Hacıyev, Əliyar Əliyev, Məhəmməd Əsədov, Mübariz İbrahimov. Bütün bunlar və adını üzrlü səbəbdən qeyd etmədiyim digər qəhrəmanlarımız öz misilsiz şücaətlərini o qanlı döyüşlərdə vətənimizin azadlığı uğrunda vuruşaraq Milli Qəhrəman Fəxriadınıalmışlar.Və bu fəxri adları bugün hərbirimizin müqəddəs borcudurki, uca tutaq, ehtiramla daim yadedək.Ancaq bəzən çox acınacaqlı bir halla rastlaşırıq. Beləki , bu milliqəhrəmanları gələcək nəslə tanıtdırmaq üçün biz bunu birsıra əməllərimizlə,üzərimizə düşən vəzifələrimizlə həyata keçirməliyik. Bunlardan biridə hal-hazırki yaşadığımız ünvanlarda bi rsıra mənasız adların dəyişdirilərək onların adının qoyulması məsələsidir. Çox təəssüflə və bəzəndə çox utandırıcı səslənən bəzi yaşayış massivlərinin ünvan adları bu gün hamını da olmasa (bəzi məmurları) şəxsən biz sadə azərbaycanlıları, əslində belə deyək, əsl vətənpərvərləri narahat edir.Çoxu zağa getməyək, elə paytaxt Bakının bir çox yaşayış ünvanları hal-hazırda gülməli səslənən “rəsmi adları” daşıyır. Məsələn , Xətai rayonunda, Dövlət Sərhəd Xidməti ilə üzbəüz yaşayış binalarının bir çoxu Vunq –Tau küçəsi adlanır. Digər bir ünvan Yasamal rayon ərazisində Sallaqxana küçəsi adı altında mövcuddur. Qəribədir, elə deyilmi? Əksəriyyətimizə bu qəribə səslənən ad heç mənşəyi də bəlli deyil. Digər bir traqikomik ünvan adı,özü də yenə Bakımızda. At Yalı. Bəli yanılmadınız, məhz at yalı. A kişinin oğlu, paytaxt hara, AT YALI hara? Bu gülünc səslənən ünvanın dəqiq yeri isə Binəqədi rayonu ərazisindədir. Və yaxud da, həmin rayonun digər bir , daha dəqiq, Rəsulzadə qəsəbəsində yerləşən daha bir ünvan: Stroydetal küçəsi. Vallah ayıbdır e, ayıb! Şəxsən mənim o şəhid və milli qəhrəmanlarımızın ruhu qulaqlarıma pıçıltı ilə söyləyir ki, bəlkə siz yazasınız , oxuyub bir əncam çəkələr ona görəki, bu torpaq uğrunda şəxsən biz azərbaycanlı oğullar vuruşub şəhid olmuşuq, o vuruşmayıb...Bu haqlı şikayətə nə deyəsən axı?
Mənim şəhid qardaş və bacılarım, rahat yatın, mən sizin haqlı narazılılığınızı qələmə alıb yazdım. Yəqin ki, bu kifayət edər, bizim bəzi icra başçılarına ki, onlar məhz sizin axıtdığınız qana görə, qurban verdiyiniz cana görə öz “kreslo”larında əyləşiblər.Yəqin ki, bundan sonra onlar öz müvafiq təkliflərini yuxarı qurumlara təqdim edərək bildirəcəklər ki,“Xahiş edirəm ki, o Vunq-Taunu, At Yalını, Stroydetal ,Məktəbli və neçə-neçə gülüncformada səslənən paytaxt küçələrinin adlarını bizim milli qəhrəman və şəhidlərimizin adları il əvəzləyəsiniz”. Mən buna elə özü kimi traqikomik tərzdə desək , 50 -nin 50-yə inanıram .Bir daha sizin ruhunuz qarşısında baş əyirəm .Allah sizə rəhmət eləsin! Bəzi ÜNVANLARDA OLMASANIZ DA qədirbilən xalqımızın kasıb yaşayan, amma varlı ürəyə sahib olan hər bir qəlb ünvanındasınız... ALLAH BUNU BİZƏ ÇOX GÖRMƏSİN!
Xəyyam Qurbanlı.
"Xəbəraz.az "


Xəbəri paylaş

1 3548 dəfə oxunub.

Digər xəbərlər
Müəllif: ulviyye
Tarix: 8 yanvar 2017 16:31
niye qadin sehidler yoxdur
bütün xəbərlər
____ Instagram ___