Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatdan;“Bəd xəbər də olsa, şad xəbər də olsa aparıcının...
Tarix: 24-05-2015 | Saat: 16:29
Bölmə:M / Karusel / Gündəm / M2 / Müsahibə | çapa göndər

Deputatdan;“Bəd xəbər də olsa, şad xəbər də olsa aparıcının...

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov son günlər yenidən gündəmə gələn aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinə münasibət bildirib.


Xeberaz.az -ın məlumatına görə, N.Cəfərov Trend-ə bildirib ki, bu məsələ həmişə problem olub:

“Bəd xəbər də olsa, şad xəbər də olsa aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur”.

Dünya təcrübəsindən misal gətirən N.Cəfərov vurğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:

“Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olunur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq yenə də bu problem qalmaqdadır”.

N.Cəfərov telekanal aparıcılarının ya müğənni, ya da incəsənət adamı olmasına da oxunub:

“Bu da istər-istəməz problem yaradır. Çünki bizdə deyim ki, bir çox müğənnilərin intellekt səviyyəsi çox aşağıdır. Çünki onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaşxı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır”.

N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: “Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər”.


Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
27-07-2017, 17:28 Dollar cüzi ucuzlaşdı

bütün xəbərlər
____ Instagram ___