Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Metroda gedişhaqqı qalxır? – Rəsmi
Tarix: 15-10-2016 | Saat: 12:22
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Metroda gedişhaqqı qalxır? – Rəsmi

Bakı Metropoliteni qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyəcək.

Bu sözləri Axar.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev metroda gedişhaqqının qalxması barədə yayılan məlumatlara cavab olaraq deyib. Onun sözlərinə görə, gediş qiymətlərinin artırılması ilə bağlı məsələ qurumun gündəliyində deyil:

“Metroda gediş haqqının artırılması, istərsə də güzəşt tətbiqi “Bakı Metropoliteni”nin səlahiyyətində olan məsələ deyil. Əlbəttə, metroda bir sərnişinin daşınmasının maya dəyəri 20 qəpikdən bahadır. Buna baxmayaraq, hökumət tərəfindən hər il Metropolitenə subsidiyalar ayrılır. Bu subsidiyalar hesabına həmin zərər ödənilir. Amma yenə də deyim ki, tarifin artırılması və ya azaldılması birbaşa Tarif Şurasının səlahiyyətində olan məsələdir. Bu məsələ bizdə müzakirə edilmir”.

Xatırladaq ki, N.Paşayev metroda bir sərnişinin daşınmasının maya dəyərinin 2016-cı ilin 6 ayının yekunlarına görə, 52,4 qəpik təşkil etdiyini bildirib.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
8-02-2016, 12:50 "NBC Bank" QAYITDI

bütün xəbərlər
____ Instagram ___