Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XİN: “Riqa Sammitinin bəyannaməsinə qoşulan Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir”
Tarix: 24-05-2015 | Saat: 01:18
Bölmə:M / Karusel / Siyasət / M2 / Xəbəraz-ın debatı | çapa göndər

XİN: “Riqa Sammitinin bəyannaməsinə qoşulan Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir”

Xeberaz.az xəbər verir ki. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarqsyanın Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqının 21-22 may tarixində Riqada keçirilən sammitində çıxış zamanı səsləndirdiyi fikirlərini şərh edib. H.Hacıyev bildirib ki, tarixi, siyasi və hüquqi saxtakarlığa yol verərək, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkib hissəsi olmaması barədə əsassız iddia ilə çıxış edilməsi əslində Azərbaycana qarşı Ermənistan tərəfindən törədilmiş təcavüz və işğalın daha bir etirafıdır: “Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın tarixi, arxeoloji və antropoloji baxımdan ermənilərlə heç bir əlaqəsi olmaması barəsində fikir söyləməyə ehtiyac yoxdur. Onu əlavə etmək kifayətdir ki, müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası Dağlıq Qarabağ onun ayrılmaz tərkib hissəsi olaraq, BMT-yə tamhüquqlu üzv qəbul olunub və bu sərhədlər daxilində beynəlxalq ictimaiyyət tərəfindən tanınıb”.
XİN sözçüsü vurğulayıb ki, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə dəstəklənir: “BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsbit olunaraq, işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunur. 853 saylı qətnamənin 9-cu bəndində isə məxsusi olaraq, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə” istinad edilir. Riqa Sammitinin yekun bəyənnaməsinə qoşulan Ermənistan rəhbərliyi əslində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirir. Riqa bəyannaməsinin 3-cü bəndində bütün tərəfdaş dövlətlərin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsinə münasibətdə öhdəlik təsbit olunub. Riqa bəyannaməsinin 5-ci bəndinə əsasən isə Ermənistan rəhbərliyi münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə dair öz üzərinə öhdəlik götürür.
Qeyri-ciddi olan və gülünc doğuran bu kimi bəyanatların əvəzinə Ermənistan rəhbərliyi beynəlxalq öhdəliklərinə uyğun olaraq, nəhayət məsuliyyətli davranış nümayiş etdirməli, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalı və işğala son qoymalıdır. Bunun baş vermədiyi halda, yarana biləcək hər hansı vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___