Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
​“Cibgir Elçin”ə hökm oxunub
Tarix: 24-05-2015 | Saat: 00:58
Bölmə:M / Karusel / Hadisə / M2 / Foto-fakt / Fotogalereya | çapa göndər

​“Cibgir Elçin”ə hökm oxunub
Xeberaz.az xəbər verBakı. 23 may. REPORT.AZ/ Nizami rayon Məhkəməsində kriminal aləmdə “Cibgir Elçin” ləqəbi ilə tanınan 1966-cı il təvəllüdlü Novruzov Elçin Novruz oğluna hökm oxunub. “Report”un məlumatına görə, məhkəmənin qərarı ilə E.Novruzov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.
E.Novruzov Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Nizami rayonu və Bakının digər ərazilərində, əsasən sərnişinlərin gur olduğu ictimai nəqliyyatda cibgirliklə məşğul olduğunu etiraf edib. Saxlanılan zaman onun üzərindən cibgirlik yolu ilə əldə etdiyi 3 ədəd mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb. E.Novruzov bu üsulla əldə etdiyi pulu isə narkotik vasitələrə xərclədiyini bildirib. PB-də onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb. 49 yaşlı E.Novruzov peşəkar cibgirdir və o, bu işlə məşğul olduğu üçün indiyə qədər 4 dəfə məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə E.Novruzov 2014-cü ildə azadlığa buraxılıb.


Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___