Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nəsrin Cavadzadə: Nəslinə kimi söyürlər – FOTO
Tarix: 24-05-2015 | Saat: 00:00
Bölmə:M / Karusel / Şou-Biznes / M2 | çapa göndər

Nəsrin Cavadzadə: Nəslinə kimi söyürlər – FOTO
“Səhnədə göz yaşlarımı tuta bilmədim, ağladım”.

Xeberaz.az Qafqazinfo-ya istinadla Azərbaycan əsilli 51-ci Beynəlxalq “Qızıl Portağal” kinofestivalında 5 nominasiya üzrə ilin ən yaxşı ekran əsəri seçilmiş “Quzu” filmindəki roluna görə “Ən yaxşı aktrisa” mükafatına layiq görülən Nəsrin Cavadzadənin müsahibəsini ixtisarla təqdim edir:

- Köhnə sezonu uğurla başa vurdun. Yeni sezonda tamaşaçıları nələr gözləyir?

- Yeni sezon başlayır. Bu il bildiyiniz kimi 3 filmə imza atdıq. Elə Bakıya gəlmə səbəbim “Son məktub” filmimin qala gecəsinə qatılmağım idi. İnsanlar qalaya bir gün gəlib-getdilər. Mən isə 5 gün Bakıda qaldım (gülür). Və sonda mənim kariyeramdə böyük önəm daşıyan bir film vizyona girir. Bu “Kuzu” filmidir. Bu film Antalyada “Ən yaxşı film” mükafatına layiq görüldü. Antalyanı sallayan bir film idi. Ancaq teleziviya işlərinə bir müddətlik ara verdim. Təxminən bir il televiziya ilə bağlı hər hansısa bir iş görmədim. Bütün işlər sezon-sezon olur. Yeni sezonda görək nə edirik.

- Azərbaycandan hansı təəssüratlarla ayrıldın?

- İnsanlar qəribədir. Sosial şəbəkədə, klaviatura qarşısında ağzına gələni yazırlar. Üz-üzə gələndə isə çox isti münasibət göstərirlər. Mən Bakıdakı qala gecəsində belə isti münasibət görəcəyimi təxmin etdmirdim. Filmi hər kəs ayaqüstü alqışladı. Çox duyğulandım. İlk dəfə idi ki, bir filmim Bakıda təqdim edilirdi. Səhnədə göz yaşlarımı tuta bilmədim, ağladım.

- Siz Türkiyədə yaşayan azəri türküsüz?

- (Sözümü kəsir). Mən azəri türklərinə təkcə türk deyilməyinin tərəfdarıyam.

- Ayrıseçkiliyin qurbanı olmursuz? Sıxışdırılırsız?

- Mən festivallarda mükafatlandırma zamanı heç vaxt Nəsrin Cavadzadə olaraq adım yazılmırdı. Həmişə Azərbaycan əsilli Nəsrin Cavadzadə kimi təqdim edilirdi. Həmişə adımın qarşısına azəri yazardılar. Buralı deyil kimi... O zamanlar öz-özümə deyirdim ki, niyə? Tək ad-soyadım bəs deyil? Əlbəttə azəriyəm, bundan da qürur duyuram. Vətənimi, torpağımı, məni formalaşdıran mədəniyyətimizi çox sevirəm. 11 yaşımdan burdayam, bir türkdən heç bir fərqim yoxdu. Nə dilim, nə də ləhcəmdə ...

- Türkiyə film sektorunda seçilmək, fərqli olmaq çox çətindir?

- Bütün peşələrdə daha yaxşı olmaq çox çətindir. Amma bizim peşə ayrıca bir tələbkardır. Həmişə göz önündə olmalısan. Sən daha çox gündəmdə olanda hər kəs sənin haqqında nəsə danışmaq istəyir. Sosial media artıq insanı incidən bir məkan oldu. Televiziyada bir bölüm yayımlanır. Bir də baxırsan sənin haqqında hər kəsin fikri var. İfa etdiyin rolla aktrisanı ayıra bilmirlər.

Elə bilirlər aktrisa ifa etdiyi obrazdadı. Nəslinə kimi söyürlər. Çünki bu qanunlarla tənzimlənmir. İnsanları dayandıracaq bir mexanizm yoxdur. Bu tənqidlərə dayanmaq çox çətindir. Ona görə də bizim 17 yaşlı qızımız məni Sima özünə heyran buraxdı . O, hücumlara qarşı yaxşı mübarizə apara bilir. Uğur qazanmaq üçün inadcı olmalısan və yaxşı agentlik lazımdı.




Xəbəri paylaş

5878 dəfə oxunub.

Digər xəbərlər
13-01-2018, 15:24 İntiharlar niyə artır?

bütün xəbərlər
____ Instagram ___