Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Benzinin qiymətinin qalxacağı ehtimalı artır
Tarix: 12-10-2016 | Saat: 17:01
Bölmə:M / Karusel / İqtisadiyyat / Araşdırma | çapa göndər

Benzinin qiymətinin qalxacağı ehtimalı artır
Bakıda şayiələr gəzir,benzinin də qiyməti qaldırılacaq.Bu “panika” xarakterli söhbətlərə əhəmiyyət verməmək də olardı,əgər “SOKAR” prezidenti Rövnəq Abdullayevin məlum açıqlaması olmasaydı. Belə ki,ötən ayın sonunda SOCAR prezidenti jurnalistlərə açıqlamasında bildirdi ki, “Azərbaycanda benzinin qiyməti çox aşağıdır. Xaricdən gətirilən benzin iki dəfə baha başa gəlir. Benzinin idxalına olan verginin götürülməsinə baxmayaraq, 30 min tona yaxın gətirdiyimiz benzin bizə bir neçə milyon manat ziyan vurub.”

Onun fikirlərindən belə aydın olur ki, SOCAR benzinin ölkəyə gətirməsində davamlı olaraq ziyanla işləməyi məqbul bilməyəcək. Digər tərəfdən, benzini ölkəyə gətirməyə də bilmir. Əks təqdirdə, əhali benzin qıtlığını hiss edər, ajeotaj yaranar. Bu da ölkə iqtisadiyyatına mənfi təsirini göstərər. Hazırda benzinin qiymətinin qalxacağına dair gəzən şayiələrin doğru olacağı ehtimalı çox böyükdür.

Jurnalistlərə Rövnəq Abdullayevin “Azərbaycanda benzin çox ucuzdur” deməsi də bu istiqamətdə mövcud qiymətlə barışmamasından irəli gələ bilər.



/Faktinfo.az/


Xəbəri paylaş

8208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___