Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tuşunuz quruyubsa, nə etməli?
Tarix: 22-05-2015 | Saat: 16:11
Bölmə:M / Qadınlar / Maraqlı / M2 | çapa göndər

Tuşunuz quruyubsa, nə etməli?





Makiyaj vəsaitlərinin də bir ömrü var. Bəzi kosmetik məhsulların ömrü qısadır, bəzilərinin isə tərkibi riskli.

Tuş da onlardan biridir.
Xeberaz.az-ın araşdırmasına görə, bəzən kosmetik vasitələrdən istifadə qaydasına əməl etməmək belə həmin məhsulun qurumasına, keyfiyyətdən düşməsinə səbəb olur. Məsələn, istifadə zamanı tuş fırçasını tez-tez qabın içinə salıb-çıxarmaq onun hava ilə daha çox təmas etməsinə səbəb olur. Hava isə tuşu qısa müddətdə qurudur.

Belə bir vəziyyətdə tuşu yenidən istifadə etmək üçün asan, eyni zamanda faydalı taktikalar var. Məsələn, bunun üçün tuşu isti su ilə dolu qabda yarım saat saxlamaq təklif olunur.

Badam yağı da quruyan tuşu yumşaltmaq gücünə malikdir. Bunun üçün 2 damcı badam yağı bəsdir.

Tuşun içinə 2 damcı gül suyu tökün.

Quruyan tuşa zeytun yağı da yumşaldıcı təsir göstərir.

Bunlardan başqa, kremi diş çöpünün köməyilə tuş qabına töküb onun yumşalmasını təmin edə bilərsiniz.

Quruyan tuşu yumşaltmaq üçün gigiyenik pomada da istifadə edilə bilər. Bunun üçün bir az nəmləndirici dodaq kremini tuşun içinə atın.







Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___