Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Papanın Azərbaycanla bağlı bu etirafı…
Tarix: 04-10-2016 | Saat: 12:36
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Papanın Azərbaycanla bağlı bu etirafı…

Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfəri ölkəmizin siyasi nüfuzu və Prezident İlham Əliyevin fərqliliklər, ziddiyyətli siyasi qütblər arasında dialoq qurmaq bacarığının göstərisici idi.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda millət vəkili Hikmət Babaoğlu açıqlama verib. Onun sözlərinə görə, ziddiyyətli beynəlxalq münasibətlərin gərgin dönəmində Roma Papasının Azərbaycana səfəri dünyaya verilən bir sülh və əməkdaşlıq mesajı idi:

“Ölkə başçısı bildirdi ki, bu səfər bir daha sivilizasiyalararası dialoqun yaşadığını, gücləndiyini göstərir və ona görə də biz bu dialoqa yeni təkan verməyə çalışırıq. Məsələ ondadır ki, hazırda Qərbin bir sıra imperialist mərkəzləri mövcud vəziyyəti daha da kəskinləşdirmək məqsədilə islamofobiya adlı silahdan məhz müsəlman şərqini dağıtmaq üçün istifadə edirlər. Papa Azərbaycanın timsalında bir daha şahid oldu ki, dünyada multikultural dəyərlərin yaşadığı, tolerantlığın mövcud olduğu, dini və etnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi var və bu təcrübə nümunə olmağa layiqdir. İki milyarddan çox xristianın dini lideri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikirlər həm də ölkəmizin bir əməkdaşlıq məkanı olmasının etirafı idi. Bu cür münasibət isə əlbəttə, Azərbaycana ciddi siyasi divident kimi qayıdacaq miqyasdadır”.


Xəbəri paylaş

7018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___