Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yanan binanın sakini jurnalistin pulunu kəsdi
Tarix: 22-05-2015 | Saat: 15:32
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Yanan binanın sakini jurnalistin pulunu kəsdi
“Körpə uşağı kiməsə əmanət edib, işə çıxa bilməyəcəm”.

Bir neçə gün əvvəl Bakıda baş verən dəhşətli yanğından dərhal sonra prezidentin rəhbərliyi ilə yaradılan komissiya və dünən Nazirlər Kabinetinin bina sakinlərinə ödəniləcək məbləğlə bağlı imzaladığı sərəncam göstərir ki, hadisəyə birbaşa prezident İlham Əliyev nəzarət edir.

Xeberaz.az xəbər verir ki, sərəncama əsasən, yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, xəsarət almış bina sakinlərinin hər birinə 5 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib.

Maraqlıdır ki, binada yanğın zamanı bəzi mənzillərdə kirayə qalan şəxslər də zərər çəkib. Onlardan biri də ən son xilas olunan jurnalist Sevinc Fədaidir. Ölüm təhlükəsi ilə 40 günlük körpəsi ilə üz-üzə qalan jurnalistə ev sahibi sözügedən birinci 1000 manatlıq yardımdan cəmi 300 manat verib. Jurnalist isə həyat yoldaşı və körpəsi ilə hazırda gah anasıgildə, gah da rəfiqəsigildə qalır.

Sevinc Fədai “Qafqazinfo”ya açıqlamasında dövlətin köməyinə ehtiyaclarının olduğunu bildirib:

“Doğrudur, əsas yanğından sağ-salamat xilas olmağımızdır. Ancaq dövlət başçısı bina sakinlərinə yardım edilməsi barədə sərəncam imzalayıbsa, deməli, bizə də müəyyən qədər yardım ayrıla bilər.

Çünki yanğın zamanı ölüm təhlükəsi ilə üz-üzə qalmışıq, travma almışıq. Mən bir neçə aydır ki, analıq məzuniyyətindəyəm. Bu psixoloji sarsıntıdan sonra da yəqin ki, bir müddət körpə uşağı kiməsə əmanət edib, işə çıxa bilməyəcəm. Bu təzminat ailəmizin ehtiyaclarını ödəyə bilər. Hər halda ümidliyik”.

Qeyd edək ki, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, yanmış binanın kirayənişinlərinə də yardım veriləcək.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
23-03-2016, 16:17 Ata iki qızını doğradı

bütün xəbərlər
____ Instagram ___