Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Roma Papası Azərbaycana gəldi FOTO
Tarix: 02-10-2016 | Saat: 12:24
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Roma Papası Azərbaycana gəldi FOTO

Roma Papası Fransisk oktyabrın 2-də Azərbaycan Respublikasına pastoral səfərə gəlib.
"Xəbəraz.az " xəbər verir ki, Azərbaycanın və Müqəddəs Taxt-Tacın bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Zati-müqəddəslərinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Roma Papası Fransiski hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək. Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək. Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
Bundan başqa, Fransisk “Heydər Məscidi” və Şəhidlər Xiyabanına baş çəkəcək. Roma Papasının Bakıya səfəri bu gün axşam başa çatacaq.

Roma Papası Azərbaycana gəldi FOTO


Xəbəri paylaş

8398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___