Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Alpaqut Federasiyasının Laçın filialı açılıb
Tarix: 01-10-2016 | Saat: 23:42
Bölmə:M / Karusel / İdman / Təbriklər | çapa göndər

Alpaqut Federasiyasının Laçın filialı açılıb

Abşeron rayonunda Alpaqut Federasiyasının Laçın filialının və yeni idman zalının açılışı keçirilib. Açılış mərasiminə Alpaqut Federasiyasının prezidenti Aqil Acalov, Alpaqut döyüş sənətinin müəllifi, Kutsan Vasif Namazov, federasiyanın regional məsələlər üzrə vitse-prezidenti Rafael Qasımov, Hakimlər kollegiyasının sədri Ərşad Həsənov, federasiyanın 1-ci vitse-prezidenti Musa Abdullayev, federasiyanın baş katibi, eyni zamanda Laçın filialının sədri Rafiq Qasımov qatılıblar.
Aqil Acalov, Vasif Namazov və Rafiq Qasımovun iştirakı ilə qırmızı lent kəsildikdən sonra çıxışlara yer verilib.
Alpaqut Federasiyasının prezidenti Aqil Acalov "Xəbəraz.az "-a bu idman növünün ölkəmizdə və dünyada inkişafından, tanıdılmasından söz açıb: "Günü-gündən yeni filiallarımız açılır, bölgələrdə yayılma arealımız genişlənir. Laçın filialımızın açılması da bu uğurlu fəaliyyətin davamıdır. Arzu edirəm ki, bu filialımız öz işini yaxın gələcəkdə elə Laçının özündə davam etdirsin".
Kutsan Vasif Namazov isə Alpaqut döyüş sənətinin tarixindən, türkün döyüş sənəti olaraq önəmindən bəhs edib: "Türkün gücünü, qüdrətini bütün dünyaya göstərən bu idman növü ilə tariximizə, soy-kökümüzə sahib çıxırıq. Bundan sonra da alpaqutların, "müqəddəs döyüşçülər"in uğurları ilə tarix yazacağıq".
Laçın filialının sədri, federasiyanın baş katibi Rafiq Qasımov isə öz çıxışında yeni zalların və filialların açılmasının önəmini vurğulagıb: "Federasiya rəhbərliyinə təşəkkür edirəm ki, bölgələrimizdə də, paytaxt Bakıda da yeni-yeni idman zalları, filiallar açır, Alpaqut idman növünü bütün respublika ərazisində inkişaf etdirirlər. Biz də öz növbəmizdə bu zallarda və filiallarda vətənpərvər, sağlam gənclərimizin, peşəkar idmançılarımızın yetişməsinə çalışacağıq".
Tədbirin sonunda Kutsan Vasif Namazov məşqçilərə Alpaqut döyüş sənəti üzrə seminar keçib.

Alpaqut Federasiyasının Laçın filialı açılıb
Alpaqut Federasiyasının Laçın filialı açılıb
Alpaqut Federasiyasının Laçın filialı açılıb
Alpaqut Federasiyasının Laçın filialı açılıb


Xəbəri paylaş

2 3268 dəfə oxunub.

Digər xəbərlər
4-04-2015, 01:51 Moskva səması bağlanır

bütün xəbərlər
____ Instagram ___