Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin NAZ-Lifan tövsiyyəsi: hansı nazirlik əməl edib?
Tarix: 01-10-2016 | Saat: 15:58
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Prezidentin NAZ-Lifan tövsiyyəsi: hansı nazirlik əməl edib?

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin yanvarın sonunda məmurlara Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş avtomobillərdən istifadəni tövsiyə etməsindən sonra nazirlik və dövlət idarələri o avtomobilləri almağa başlayıb. Bəs hazırda bu sahədə real nəticə nədən ibarətdir?

"Xəbəraz.az " xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvanın NAZ zavodunun istehsal etdiyi avtomobilləri yalnız müharibə əlilləri üçün alır. Vəzifəli şəxslər isə bu avtomobildən istifadə etmir.

Nazirliyin şöbə müdiri Elman Babayev açıqlamasında təmsil etdiyi qurumun NAZ-Lifan avtomobillərinin kütləvi alışı və yayılmasında vacib rol oynadığını deyib:

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq əlillərin dövlət büdcəsi hesabına avtomobillə təmin edilməsi çərçivəsində maşınlar məhz Naxçıvan Avtomobil Zavodundan alınır. Prezidentin 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il sərəncamlarına uyğun olaraq, son iki ildə 1933 avtomobil alınaraq müharibə əlillərinin istifadəsinə verilib. Cari ildə də NAZ-Lifan avtomobillərinin alınması nəzərdə tutulur”.

Təhsil Nazirliyi isə xidməti istifadə üçün 25 ədəd NAZ minik avtomobili alıb. Bu barədə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov məlumat verib.

Energetika Nazirliyi son illərdə ümumiyyətlə avtomobil parkının yenilənmədiyini bildirib. Bu səbəbdən də nazirliyin xidməti avtomobilləri arasında NAZ-Lifan yoxdur.

Vergilər Nazirliyində 2012-ci ildə alınmış avtomobillərdən istifadə edilir. Bu avtomobillər isə “Toyota Kəmri”, “Honda Akkord”, “Neksia”, KİA, QAZ-31, “Mitsubişi”, “Şevrolet Niva”, UAZ-3163-10 markalı minik avtomobilləridir.

“Nazirlik sonunci dəfə 2014-cü ildə xidməti istifadə üçün “Fiat Doblo” markalı avtomobil alıb. Əgər gələcəkdə büdcədən avtomobil alınması üçün vəsait ayrılsa, onda NAZ-Lifan markalı maşınların alınması məsələsinə baxılacaq”, - naziriyin mətbuat xidmətindən Sputnik.az-a bildirilib.

Qeyd edək ki, Azərbaycanda nazirlik və dövlət idarələrinə avtomobillərin alınmasını Nazirlər Kabineti tənzimləyir. Qurumların avtomobil parkının yenilənməsi yaxın zamanlarda gözlənilməsə də, təcili ehtiyac yarandığı halda Naxçıvanda istehsal olunan NAZ-a müraciət etmək olar.

Çünki bu avtomobillərin qiyməti Qərb və Yaponiya istehsalçılarının aparıcı avtomobil şirkətlərinin istehsal etdiyi maşınlardan ucuzdur.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___