Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kremlin ehtiyat planı işə düşür: Ermənistan gec-tez...
Tarix: 30-09-2016 | Saat: 10:10
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Kremlin ehtiyat planı işə düşür: Ermənistan gec-tez...

Ermənistanda hazırkı hakimiyyət dəyişikliyi adi bir proses deyil, bu, ölkədə tam siyasi bir böhranın yetişməsi kimi qavranılmalıdır. Sözügedən böhran isə gec-tez Sərkisyan klanının iflasına gətirib çıxaracaq.

Bu barədə Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli danışıb. Politoloq Ermənistanda hazırda böyük siyasi böhran yaşandığını bildirib:

“Bu təlaşın kökləri Azərbaycan ordusunun qüdrətli Aprel savaşından sonra başlayıb. Sonrakı vəziyyət isə həmin hadisələrin təsiri altında ölkədə Qarabağ klanı əleyhinə başlayan yerli ermənilərin çıxışı ilə müşayiət olunur. Uzun müddətdir gedən bu mübarizədə yerli ermənilər gəlmə Qarabağ ermənilərinin onların hüquqlarını tamamilə ələ keçirdiklərini, ölkənin iqtisadiyyatını talan etdikləri və siyasi həyatı bütünlüklə inhisarlarına aldıqları qənaətindədirlər. Əslində, həqiqətən də yerli ermənilərin hüquqları əsaslı surətdə tapdanır. Ən əhəmiyyətli postlara, iqtisadiyyatın əsas sahələrinə, xüsusilə də özəlləşdirilmiş sahələrə Qarabağ klanı nəzarət edir. Bunu ayrı-seçkilik, sosial ədalətsizlik kimi qəbul edən yerli ermənilər isə imkan tapdıqca bu və ya digər partiyanın, son dövrlər isə ayrıca şəxslərin rəhbərliyi altında qiyam çağırışı ilə çıxış edirlər. Ermənistanda yerli əhali ilə gəlmələr arasında dərin bir uçurum əmələ gəlib. Getdikcə dərinləşən, ciddi barışmaz antaqonizmə çevrilən bu proses ilk təkan olacağı təqdirdə hətta böyük vətəndaş müharibəsinə belə çevrilə bilər”.

Gündəmdə olan digər məsələyə - KTMT-nin baş katibi vəzifəsinin Ermənistana, sonra isə Qazaxıstana keçəcəyi ilə bağlı dolaşan söhbətlərə aydınlıq gətirən politoloqun qənaətinə görə, bu, rusların uydurduğu bir oyundur:

“Kreml məhz bu oyun vasitəsilə Ermənistandakı anti-rus meyillərini zərərsizləşdirir. Moskva həm də belə bir təsəvvür yaradır ki, “Rus NATO-su” kollektiv surətdə idarə edilir və idarəçilik də növbəlilik əsasında aparılır. Ancaq Ermənistanda gedən proseslər kifayət qədər mürəkkəbdir, idarəçilik ağır korrupsiya bataqlığı içərisindədir. Başda Levon Ter Petrosyan, Dəmirçiyan və digər siyasi partiya rəhbərləri olmaqla, yerli əhalinin əksər ziyalı təbəqəsi belə hesab edir ki, ayrı-ayrı adamların istefaya göndərilməsi vəziyyətdən çıxış yolu deyil. Bəziləri Qarabağ məsələsinin Ermənistanı bir bataqlığa yuvarladığını düşünür. Hətta millətçiliyin geniş yayılmasına baxmayaraq, “Dağlıq Qarabağ bizim nəyimizə lazımdır”, “Ermənistan Dağlıq Qarabağ probleminə görə bu əziyyətləri həmişə çəkməlidirmi” suallarına da rast gəlinir. Sərkisyanı bu gün hakimiyyətdə saxlayan Kremldir. Rusiya belə hesab edir ki, Sərkisyanın missiyası tam bitməyib. Çünki o, Kreml qarşısında həddindən artıq üzüyoladır, əmrləri çox itaətlə yerinə yetirir. Bu mənada rusların müəyyən qədər rəğbətini qazana bilib”.

Politoloq bildirib ki, bununla yanaşı, Rusiyanın gizlində ehtiyat variantları da var:

“Ermənistanda ekstremal və tam idarəedilməz bir vəziyyət yaranacağı təqdirdə Kremlin ehtiyat planları işə düşəcək. Hətta indidən Sərkisyanın yerinə Köçrəyan da daxil olmaqla bir neçə əvəzləyici hazırlanır. Beləliklə, Ermənistanda hazırkı hakimiyyət dəyişikliyi adi bir proses deyil, bu, ölkədə tam siyasi bir böhranın yetişməsi kimi qavranılmalıdır. Sözügedən böhran isə gec-tez Sərkisyan klanının iflasına gətirib çıxaracaq”.


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___