Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakı Bolqarıstanla memorandum imzaladı - Foto
Tarix: 30-09-2016 | Saat: 10:00
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Bakı Bolqarıstanla memorandum imzaladı - Foto

Sentyabrın 29-da Bakıda keçirilən Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) ilə Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Müqaviləni Bakı Limanının baş direktoru Taleh Ziyadov və Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkətinin baş direktoru Anguel Zabourtov imzalayıblar. Limandan Axar.az-a bildirilib ki, memoranduma əsasən qeyd olunan qurumlar arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək. Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir.

Bolqarıstanın Limanlar İnfrastrukturu Şirkəti liman infrastrukturunun idarə edilməsi, tikintisi, bərpa edilməsi, liman akvatoriyaların və kanalların salınması, dövlət və mühüm strateji əhəmiyyətə malik olan limanların təhlükəsizliyinin təmin edir.

Qeyd edək ki, yeni Bakı Limanı Azərbaycanın tranzit imkanlarının reallaşdırılması baxımdan əhəmiyyətlidir və limanın tikintisinə böyük həcmdə investisiya yönəldilib. Yeni Bakı Limanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin vacib iştirakçısıdır və bu da öz növbəsində Bolqarıstan üçün Mərkəzi Asiyaya çıxış baxımından maraqlıdır.

Xatırladaq ki, 2015-ci ildə Bakı Limanı, Batumi Dəniz Limanı və Aktau Limanı arasında məqsədi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə Komitəsinin təsis edilməsi və Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb etməkdən ibarət olan üçtərəfli Anlaşma Memorandumu imzalanmışdır. Cari ilin yanvar ayında isə Bakıda keçirilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalayıb, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlığa cəlb olunub.


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
19-05-2016, 09:09 Elm niyə dinə ziyandır?

bütün xəbərlər
____ Instagram ___